Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Manşet / Anar Nəcəfli problemin həllini istəyir, yoxsa hansısa məmuru şantaj edir?

Anar Nəcəfli problemin həllini istəyir, yoxsa hansısa məmuru şantaj edir?

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz “Facebook” səhifəsində maraqlı məlumat paylaşıb. Jurnalist bildirir ki, hansısa məmurun nəvəsinin mühafizəçisi onun övladıının oxuduğu məktəbdə dərs prosesinə mane olur. A.Nəcəfli deyib ki, oğlunun sinifinə bir qız gəlib, vəzifəli şəxsin nəvəsidir, məktəbə mühafizə ilə gəlir:

“Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da… Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. bəs, olmaz!!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor, aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimləri isə işdən çıxarılmadan qorxurlar!!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyə!!!”

Bu problemə tanınmış jurnalistin yanaşma tərzi çox mübahisəlidir. Əslində, baş verən hadisə yalnız Anar Nəcəflini narahat edən problem deyil. Burada söhbət hansısa harın məmur tipi və onun çox məsuliyyətsiz davranışndan gedir. Ölkə başçısı dəfələrlə deyib ki, məmurlar harın həyat tərzindən uzaq olmalıdırlar, xalqın xidmətçisi kimi çıxış etməlidirlər. Prezident həm də deyib ki, belə məmurların neqativ davranışlarını yuxarılra çatdırmaq üçün ictimai nəzarət mexanizmləri güclü olmalıdır. Həmin ictimai nəzarətin ən vacib halqalarından biri də media və orda çalışan jurnalistlərdi. Anar Nəcəfli kimi tanınmış jurnalist isə bu məsələdə “oxu atıb, yayı gizlədən” kimi davranıb. Nə məktəbin nömrəsini yazır ki, ictimai qınaq ora tuşlansın və oranın direktoru bu biabırçılığa son qoysun. nə də həmin harın hərəkətə yol verən məmurun adını qeyd edir ki, ictimai qınaq həmin vəzifəli şəxsin əməllərini Prezidentin diqqətinə çatdırsın. Ölkə başçısı çox cəsarətli və prinsipial mövqe ortaya qoyub, rüşvətxor məmurlarla ciddi mübarizəyə başlayıbsa, bütün cəmiyyət ona dəstək ifadə etməlidir. Anar Nəcəflinin problemə yanaşma bucağında isə bu dəstəyi görmürük. Belə çıxır ki, Anar Nəcəfli yarımçıq və anons tipli yazısı ilə ortya ictimai yox, korporativ maraq qoyur. Prezident belə jurnalistika ilə necə dostluq etsin?

Məhəmmədəli QƏRİBLİ, “Bakı-Xəbər”

Həmçinin oxuyun

“AYPARA” VƏ YA “QURD QAPANI” TAKTİKASI… – Ordumuzun düşməni məhv etdiyi strategiyasının sirri nədir?

Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd …