Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Manşet / Anar Məmmədəliyevin keçirdiyi saxta yarışma belə ifşa olundu – VİDEO

Anar Məmmədəliyevin keçirdiyi saxta yarışma belə ifşa olundu – VİDEO

Ötən ay Bakıda keçirilmiş “Uşad modellik yarışması” adlı tədbirlə bağlı ciddi narazılıqlar üzə çıxıb. Yarışmanın layihə rəhbəri Anar Məmmədəliyev adlı şəxs olub. Sosial şəbəkələrdə həmin elanı görən valideynlər Məmmədəliyevlə şəxsən əlaqə saxlayıblar. Sonra layihə rəhbəri əlində müqavilə həmin adamlarla görüşüb, müqaviləyə imza atdırıb və bunun müqabilndə nağd pul alıb. Azinforum.az-a şikayət edən valideynlər bildirilər ki, yarşmanın təşkilatçısı pulu toplayandan sonra, verdiyi vədlərə əməl etməyib. Hazırlıq işləri çox bərbad halda, darısqal bir məkanda başdansovdu şəkildə aparılıb. Uşaqlara pulsuz paltarların veriləcəyi ilə bağlı vəd də boşa çıxıb. Əvvəl paltarların brend mağazalar tərəfindən veriləcəyinə dair söz verilsə də, sonra valideynlər Sədərək bazarına yönləndirilib. Məsafə uzaq olduğu üçün, valideynlərin çoxu uşaqlara paltarı öz ciblərinin pulu ilə almağa məcbur qalıblar. Yekun tədbirdə münsiflər heyətində tanınmış şəxslərin yer alacağı vədi də boşa çıxıb. Uşaqların qiymətləndirilməsi prosesində heç bir tanınmış simaya rast gəlinməyib. Tədbir yayın istisində restoranların birinin kondsionerli zalında deyil, açıq havada baş tutub ki, bundan da uşaqlar və valideynlər ciddi əziyət çəkməli olub. Ən maraqlısı isə budur ki, tədbir təşkilatçıları yarışmanın gedişi ərzində valideynlərə yaxınlaşıb onlardan övladların qalib yerlərin verilə biləcəyi müqabilində rüşvət tələb ediblər. “Müsabiqənin” sonunda Anar Məmmədəliyev narazı valideynləri dinləmədən aradan çıxıb.

Azinforum.az olaraq bildiririk ki, sosial şəbəkələrdə bu yöndə gedən müzakirələrdə layihə rəhbəri barədə birmənalı fikirlər səslənmir. Bir çox narazılar iddia edir ki, bir neçə il əvvəl bu şəxs şəhid Zəhra balamızın adı ilə də tədbir keçirib, çoxlu pul yığıb. Sosial şəbəkələrdə Anar Məmmədəliyevin hesabları mövcuddur. Orda həmin adamın iş yeri kimi populyar telekanalların adı göstərilir. Şəxsin “Sapce” və “Lider” kanallarında layihə rəhbəri olduğuna dair qeydlərə rast gəlmək mümkündür.

Həra halda, bu hörmətli kanalarla əməkdaşlarının hansı işlərlə məşğul olduğu və cəmiyyətdə necə narazılıq yaratdığının fərqinə varmalıdırlar. Qeyd edək ki, Anar Məmmədəliyev hazırda da yeni layihəyə start verib və Allah bilir bu dəfə neçə məzlum valideyn aldadılacaq. Azinforum.az sözügedən yarışdakı neqativliklərdən doğan valideyn narazılıqlarını əks etdirən videomaterialı təqdim edir. Mövzuya qayıdacayıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Cırtdan Tədris və İnkişaf Mərkəzinə güvən günü-gündən artır-FOTO

Cırtdan Tədris və İnkişaf Mərkəzinin Xırdalan şəhərindəki Abşeron Gənclər Şəhərciyində yerləşən filialında yeni tədris ilinə …