Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Manşet / Anar Həsənovdan növbəti riyakarlıq-pul alıb işlədiyi təşkilatı dələduzluqda ittiham edir…

Anar Həsənovdan növbəti riyakarlıq-pul alıb işlədiyi təşkilatı dələduzluqda ittiham edir…

Frenk Elkapone (Füzuli Məmmədov) Anar Həsənov adlı jurnalisti təşkilatındakı mətbuat xidmətinin rəhbəri vəzifəsindən qovub. Əslində , kiminsə işdən uzaqlaşdırılması ilə bağlı edilən “qovulub” təqdimatını hər zaman tənqid etmişəm. Ələxsus da, hansısa həmkarımızla bağlı belə ifadənın işlədilməsini heç məqsədəuyğun saymıram. 

Ancaq Anar Həsənov bunu haqq etdiyi üçün məhz belə də qeyd edirəm. Mən nə onun, nə də Frenkin üzünü real həyatda görməmişəm. Yəni Fizuli Məmmədovla bağlı yazdığım tənqidlərin hamısı obyektivliyə söykənib. Əsasən də onun Rusiyadakı diaspor quruculuğu sahəsindəki işləri tənqid hədəfim olub.

Hər yazılan məqalədən sonra, məhz bu Anar Qasanov mənim ünvanıma təhqir, böhtanlar yağdırırdı. İndi görün bu adam təşkilatdan qovulmağını necə əsaslandırır? 

Onun fikirlərindən sitat: “…İndi əksəriyyət kimi mən də Fond rəhbərliyinin Böyük Vətən Müharibəsi iştirakçıları İsrafil Məmmədova Novqorod vilayəti, Hüseynbala Əliyevə Nizino kəndi, Həmid Qasımbəyova Baltiysk şəhərində ucaldacağına söz verdiyi heykəlləri görüb, Təşkilat rəhbərliyinin vəd və qərarlarının carçısı kimi çox sevinəcəyimə ümid edirəm. Həmin sevincli Qələbə bayramı günlərinə çox az vaxt qalıb.Azərbaycan-Rusiya dostluğu və Milli Birliyimiz naminə legitim diaspor təşkilatlarımıza bundan sonra da əlimdən gələn yardım edəcəm!” 

Bu fikirlərə diqqət edin. Deməli, belə çıxır ki, Anar qeyri legitim bir təşkilatı pul xatirinə təbliğ edib. Və həmin “qeyri legitim” təşkilatın , “qeyri legitim” mətbuat xidmətinin – “qeyri legitim” rəhbəri olub?

A. Həsənov yuxarıda sadaladığı tədbirlərin həyata keçirilməsinin naməlum  olduğunu bilərək, pul qazanmaq naminə xalqı, milləti aldadıb.  Həmçinin Füzuli Məmmədovun fəaliyyətinin yalan üzərində qurulduğunu demək istəyir. Adama deyərlər, o, yalançıdırsa, bəs sən onun yanında nə gəzirdin?

Anar Qasanov yazısını belə bir P.S.-lə tamamlayır : “Ödənilməyən mart məvacibimin pandemiya ilə mübarizəyə xərclənməsini xahiş edirəm”.

Bu sonluqla isə Füzuli Məmmədovun işçilərini işlədib pul verməyən adam kimi təqdim edir. Bir onu bilirəm ki, belə adam məhz qovulmağı haqq edirmiş…

P.S. Qeyd edim ki, Anar Həsənov yüksək məvacib alıb Füzuli Məmmədovun təşkilatında çalışanda, həmin qurumu Rusiyadakı azərbaycanlıların bir nömrəli diaspor təşkilatı adlandırırdı.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Təzyiq olarsa, onda “F-16”ları görəcəksiz” – İlham Əliyev

“Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm”. “ Azinforum.az ” xəbər verir …