Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / AMERİKA 4 TÜRK RƏSMİSİNƏ SANKSİYA TƏTBİQ ETDİ, RƏSMİ ANKARADAN CAVAB GECİKMƏDİ: “Türkiyə bu qərara qarşı lazımı addımlar atacaq”

AMERİKA 4 TÜRK RƏSMİSİNƏ SANKSİYA TƏTBİQ ETDİ, RƏSMİ ANKARADAN CAVAB GECİKMƏDİ: “Türkiyə bu qərara qarşı lazımı addımlar atacaq”

ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.

Azinforum.az xəbər verir ki, “qara siyahı”ya həmçinin Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib.

“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayırıq və rədd edirik”.

Bu isə Türkiyə Xarici İşlər Nazirliyinin etiraz bəyanatında qeyd olunub.

Bildirilib ki, ABŞ, S-400-ün NATO sistemləri baxımından zəifliklər yaradacağını iddia edir: “Türkiyə, NATO-nun da iştirak edəcəyi bir texniki işçi qrupu yaratmağı təklif etdi və dəfələrlə siyasi qərəzdən uzaqlaşaraq bu məsələni obyektiv və real əsasda həll etməyi təklif etdi. ABŞ bu məsələni dialoq və diplomatiya yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq birtərəfli sanksiyalara əl atdı”.

Bildirilib ki, Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq: “Türkiyə, münasibətləri qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq. Türkiyə ayrıca öz milli təhlükəsizliyini təmin etmək üçün lazımlı gördüyü tədbirlərdən çəkinməyəcək. ABŞ-ı bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edirik. Türkiyə bu məsələni dialoq və diplomatiya ilə ittifaq ruhunda həll etməyə hazırdır”/Report.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …