Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Altı il məhkəmələrdə mübahisələndirilən bir iş – Rafiq İdrisov niyə və kimə görə təqib edilir? +VİDEO

Altı il məhkəmələrdə mübahisələndirilən bir iş – Rafiq İdrisov niyə və kimə görə təqib edilir? +VİDEO

Rusiya Fedrasiyası Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndinin sakini İdrisov İdris Kerimoviç  Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova ünvanladığı şikəyət məktubun bir nüxsəsini də  ictimailəşməsi üçün Azinforum.az İnformasiya Portalına göndərib. Həmin şikayəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident!

Hörmətli Kamran müəllim!

Hörmətli Vilayət müəllim!

Hörmətli KİV!

Şikayət ərizəmlə bağlı yazıb sizə bildirirəm ki,  İdrisov Rafik İdrisoviç mənim oğlumdur. Biz azərbaycanlı olmaqla yanaşı Dağıstan Respublikasının Padar kəndində yaşayırıq. Lakin biz tez-tez Bakıya gedib-gəlmişik. O vaxtlar SSR məkanı olduğuna görə bütün SSR sərhədləri qonşu ölkələr arasında açıq idi və hər kəs istədiyi vaxt öz doğma və doğulduğu ölkəyə rahatlıqla gedib-gələ bilirdi. Qeyd etmək istəyirəm ki, 1967-ci ilin dekabrın sonlarında həyat yoldaşım  Sitarə İdrisova Dağıstan Respublikasında qonşuları olan Seydiyeva Sayaxanımla Bakı şəhərinə Sayaxanımın köhnə Əhmədlidə yaşayan qohumlarıgilə gəlib, 1967-ci ilin dekabrın 31-i gecə saatlarında arvadımın vəziyyəti  ağırlaşmış, onu Bakı şəhəri 2 saylı  xəstəxanaya aparmışlar və 1968-ci ilin yanvar ayının 1-də oğlum İdrisov Rafik İdrisoviç doğulmuşdur. Daha sonra mən də ata kimi Dağıstan Respublikasından Bakı şəhərinə gələrək, ailəmi Dərbənd rayonu Padar kəndinə özümlə birlikdə apardım.  Bu fakt öz təsdiqini doğum haqqında şəhadətnamə və digər tibbi sənədlərlə tapır. Bununla bağlı qeyd etmək istəyirəm ki, mənim oğlum iş adamıdır. Dağıstanda Azərbaycan icmasına, Azərbaycan Diasporasına, orada yaşayan azərbaycanlılara daima maddi və mənəvi dəstək olur və daima öz həmyerlilərindən dəstəyini əsirgəməmişdir. Bu danılmaz faktdır ki, bunu təsdiq edən müvafiq sənədlər, video-kamera görüntüləri, səs yazılar və.s mövcuddur.

Oğlumun bu kimi hərəkətləri azərbaycanlıları sevməsi və onlara kömək etməsi Dağıstanda yaşayan Qurbanovlar ailəsini xüsusilə də Qurbanov Şıxsəyid Qurban oğlu və onun anası Qurbanova Napisat Nərimanovna tərəfindən mənim oğlumu nüfuzdan salmaq üçün həm Dağıstan Respublikasında, Rusiya Federasiyanda və Azərbaycan Respublikasının bütün məhkəmə və dövlət orqanlarına (prokurorluq, polis, təhlükəsizlik və.s) həqiqətə uyğun olmayan məlumatlar, ərizələr yazaraq onun nüfuzunu sarsıtmağa və gözdən salmağa çalışırlar.

Dağıstanda yaşayan Qurbanovlar ailəsini xüsusilə də Qurbanov Şıxsəyid Qurban oğlu və onun anası Qurbanova Napisat Nərimanovnanın mənim oğlum İdrisov Rafik İdrisoviçin barəsində yazdıqları şikayət ərizələrinə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Məhkəmələri, Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin istintaq idarələri tərəfindən baxılmış və həqiqətəndə İdrisov Rafik İdrisoviçin əməlində hər hansı hüquqa zidd hərəkətlərin olamaması müəyyən edilmişdir.

Bundan hiddətlənərək əlavə yeni yalan iftiralar və böhtanlar üçün, sonuncu dəfə oğlum İdrisov Rafik İdrisoviçin barəsində olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsinin əldə edilməsi üçün ilk olaraq Qurbanov Şıxsəyid Qurban oğlu ərizə ilə nəsimi rayon məhkəmsinə müraciət edərək, (qeyd edək ki, bu hal şəxsin yəni, İdrisov Rafik İdrisoviçin  Konstitusiyada təsbit edilən şəxs toxunulumazlıq hüququna eyni zamanda Konstituasiyanın 27,28,32-ci maddələrinə ziddi olaraq) sözügedən qətnaməni əldə etmişdir.

Bu barədə bizim məlumatıımız olduqda Qurbanov Şıxsəyid Qurban oğlu barəsində müvafiq qaydada dövlət orqanlarına şikayət etdikdən sonra o yəni, Şıxsəyid Qurbanov öz qanunazidd və əsassız hərəkətlərindən geri çəkilmiş lakin, bu qanuna zidd hərəkətlərə anası Qurbanova Napisat Nərimanovnanı qoşmuşdur. (bu faktı təsdiq edən sənədlər qoşmaya əlavə edilir)

Qurbanova Napisat Nərimanovna

Nəticədə  Qurbanova Napisat Nərimanovna sözügedən qətnamə onun maraqlarına toxunmadığı halda, həmin qətnamədən apelyasiya şikayəti vermişdir və Nəsimi rayon məhkəməsi tərəfindən onun apelyasiya şikayəti haqlı və əsaslı olaraq onun maraqlarına toxunmadığına görə geri qaytarılmışdır.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində də qeyd olunur ki, Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

Lakin bu qadağa xüsusilədə ən ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasında birbaşa olaraq imperativ norma kimi təsbit olunmuş qanuni tələbi pozaraq mənim barəmdə müxtəlif orqanlara sorğular ünvanlamaqla, müxtəlif bu və ya digər yollarla, xüsusilədə qanunsuz yollarla barəmdə müxtəlif məlumatlar əldə edirlər.

Bildirim ki, Qurbanov Şıxsəid Qurban oğlu ilə aramda heç bir inzibati, mülki və tapşırıq münasibətləri olmamışdır. Lakin, o, məhkəmələrə və digər ünvanlara yönəldilmiş sorğularında göstərirlər ki, mənimlə onun və guya ki qeyrilərinin arasında hər hansı bir inzibati tapşırıq mövcuddur. Bu cəfəngiyatdır.

Hər hansı bilmədiyim bir səbəbdən mənim oğlum İdrisov Rafik İdrisoviçə psixioloji təziqlərə cəhd edirlər.

Hesab edirəm ki, qanunvericliyin tələbinə əsaəsn mənə və ailəmə məxsus olan məlumatları əsassız və qanunsuz olaraq əldə edirlər. Mənim oğlumun İdrisov Rafik İdrisoviçin  Azərbaycan Respublikasının vətəndaşı olaraq toxunulmazlıq hüququnu pozurlar…

Lakin qeyd edilən qanunvericiliyin müddəalarına baxmayaraq, mənimlə heç bir əlaqəsi və ədavəti olamayan Qurbanovlar ailəsi xüsusilədə Qurbanov Şıxsəyid Qurban oğlu və onun anası Qurbanova Napisat Nərimanovna mənim oğlum İdrisov Rafik İdrisoviçin bütün şəxsi, toxunulmaz, konfidensial olan məlumatlarımla maraqlanır. Rusiya Federasiyasından saxta sənədlər təqdim etməklə, oğlum İdrisov Rafik İdrisoviç barəsində qanunsuz və əsassız olaraq məlumatlar əldə edirlər və onu Azərbaycan respublikasının vətəndaşlığından hüququndan məhrum etmək istəyirlər.

Qeyd olunanlara və Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci, 28-ci və 32-ci maddələrinin tələblərini rəhbər tutaraq, Sizdən xahiş edirəm

Qurbanov Şıxsəyid Qurban oğlunun və Qurbanova Napisat Nərimanovnanın əməllərinə hüquqi qiymət verib, iş materiallarını nəzarətə götürəsiniz”.

Bu şikayətlə bağlı kiçik jurnalist araşdırması aparmaq qərarına gəldik. Bizə məlum oldu ki, İdrisov Rafik hazırda heç bir  hüquq-mühafizə orqanları tərəfindən təqib edilmir və adi bir vətəndaş kimi Bakı şəhərində yaşayır. O, bizə bu mövzu ilə bağlı ümumiyyətlə heç nə danışmaq istəmədiyini bildirdi, ancaq təkidli tələblərimizdən sonra qısa açıqlama verməyə razılaşdı. Rafiq İdrisov bildirir ki,  bir neçə ildir ki, məhkəmə insatnsiyalarında sürünməyə vadar edilib:

İdrisov Rafiq İdrisoviç

“Mən qanuni əsaslarla Azərbaycan vətəndaşıyam. Bunu sübut edən istənilən sayda rəsmi sənədləri sizə təqdim edə bilərəm. Uzun müddət Rusiya Federasiyasında yaşamışam. Həmin ölkədə tamamilə başqa bir cinayət işinə görə, istinataq cəlb edilmişəm. Bununla bağlı Azərbaycanın demək olar ki, bütün hüquq-mühafizə orqanları tərəfindən dindirilmişəm. Yəqin ki, hansısa bir təqsirim olsaydı məsuliyyətə cəlb olunardım.  Ancaq mənə məlum olmayan səbəbdən əslən Dağıstandan olan tamamilə başqa bir adamlar mənə Azərbaycanda təqib etməyə başlayıb. Qurbanova Napisat Nərimanovna adlı şəxs öz qanuni nümayəndəsi  olan vəkil Kamanadar Nəsibov vasitəsilə bütün məhkəmələrə və dövlət qurumlarına şikayətlər yazaraq, güya mənim onların maraqlarına toxunduğumu əsas gətirir və  mənim Azərbaycan vətəndaşlığımla bağlı məsələni mübahisələndirmək istəyirlər. Siz bir jurnalist kimi araşdırın görək, mən harada onların maraqlarına toxunmuşam?”

Azinforum.az olaraq bizə təqdim edilən materallardan müəyyən etdik ki, Qurbanova Napisat Nərimanovna və onun qanuni nümayəndəsi Kamandar Nəsibov N. Qurbanovanın  atası Əliyev Nərimanın və anası Əliyeva Raqimatın qətlə yetirilməsində İdrisov Rafiq İdrisoviçin sifarişçi olduğunu əsas gətirərək, ikincinin onların maraqlarına toxunduğunu iddia edirlər.  Ancaq rəsmi sənədlərdə biz bu faktla bağlı İdrisov Rafiqin  barəsində nə Rusiyada, nə də Azərbaycanda hər-hansı bir hüquqi təqibin olduğuna rast gəlmədik. Xüsusilə diqqət çəkən məqam budur ki, qarşı tərəf bir çox şəxsləri  İdrisov Rafiqin Rusiyada ölüm işi ilə barəsində araşdırmanın aparıldığına inandıra bilir. Ancaq maraqlı olan budur ki, Rafiq İdrisovun barəsində axtarış elan olunduğu ölüm işinin Napisat Qurbanovanın valideynlərinin qətli hadisəsi ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.  Onda isə  vəkil Kamndar Nəsibovun hansı əsaslarla hüquqlarını qoruduğu şəxsin maraqlı tərəf olduğunu iddia etməsi çox şübhəlidir.

Kamandar Nəsibov

Məhz bu sualı aydınlaşdırmaq üçün vəkil Kamandar Nəsibovla əlaqə saxladıq. O, Azinforum.az-a açıqlamasında bildirdi ki, bu çox uzun söhbətdir: “Mən bu barədə telefonla nəsə deyə bilmərəm. Onun haqqında burada da cinayət işi var. Saxta sənədlə bağlı da barəsində araşdırma aparılır. Rusiyada olan ölüm işi ilə bağlı da beynəlxalq axtarışa verilib.  Şikayət verib-verib da, mən nə etməliyəm? Bu, səninlə mənim müzakirəmizin mövzusu deyil. Məhkəmə də axırıncı dəfə baxıb və qeyd edib ki, biz  orada tərəfik. Bu səbəbdən də işi baxılması üçün geri qaytarıb”.

Bizim “Rafik İdrisov Napisat Qurbanovanın valideynlərinin  qətli hadisəsilə bağlı axtarışdadır, yoxsa yox” sualımıza  Kamandar Nəsibovun cavabı belə oldu: “O, bu işlə bağlı şübhəli şəxsdir. Məndə bununla bağlı  rəsmi sənəddə var, ancaq istintaq sirri olduğu səbəbindən onu sizə verə bilmərəm”.

Burada maraqlı məqam odur ki, əgər Kamandar Nəsibovda həqiqətən belə bir sənəd olsaydı, onu bizə verməsə də,  yəqin ki, indiyə qədər şikayət etdiyi bütün  instansiyaların hamısına təqdim etmiş olardı ki, İdrisov Rafiqin işi daha da ağırlaşsın. Belə bir sənəd ortaya çıxmırsa, deməli, buna vəkilin blefi kimi də baxmaq olar.

Biz Dərbənddə olan bir çox adamlarla bu mövzu barədə söhbət etdik. Padar kəndindən olan bir şəxs Rafiqi uşaqlıqda Bakıxan  kimi çağırdıqlarını bildirdi. Həmin adam fikirini belə əsaslandırdı ki, bu ləqəbi Rafiqə məhz Bakıda doğulduğu üçün veriblərmiş. Dərbənd məscidinin axundunun isə Rafik İdrisov haqda dediklərini  aşağıdakı videoda təqdim edirik.

Bizə təqdim olunan sənədləri araşdırdıqda diqqətimiz  bir məqam çəkdi. Bir şəxsin harada doğulması və kimin marağına toxunub, toxunmamsı ilə bağlı  məsələ 6 ildir ki, məhkəmə zallarını gəzir. Görəsən, Rafiq İdrisov kimi bir azərbaycanlı fəalın təqibində görünməyən məqamlar daha hansı amillərlə bağlıdır? Əgər Rafiq İdrisov Kamandar Nəsibovun dediyi kimi həqiqətən beynəlxalq axtarışda olubsa, onda fotolarda görünən “Şengen vizası”nı necə əldə edib? Qeyd edək ki, Rafiq İdrisov gözdən birinci qrup əlildir. (Araşdırmamız davam edir)

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …