Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?

Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?

Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı haqda xəbər vermişdik. Həmin nişanların birinin büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gəlməsi isə şok effekti yaradıb. Belə ki, bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil. 

Yenisabah.az məsələ ilə bağlı internet üzərindən qısa araşdırma aparıb və nəticədə ortaya şok reallıq çıxıb. Bəlli olur ki, Bakı Nəqliyyat Agentliyi bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə “alıb”.

Bəlli olur ki, həmin nişanlar Avropanın ən bahalı ölkələrindən olan Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl (25 manat) qiymətinə satılır.

Bildirək ki, dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də “MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır.

***

Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanı dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək. 

Azinforum.az Marja.az-a istinadla xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də “MG Construction” MMC-yə verilib.

Müqavilənin ümumi dəyəri 920 min manatdır.

Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …