Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Allahın ümidinə buraxılan Abşeron Gənclər Şəhərciyi zibilin içində batır – FOTO

Allahın ümidinə buraxılan Abşeron Gənclər Şəhərciyi zibilin içində batır – FOTO

Bakı-Sumqayıt magistral yolunun kənarında, Xırdalan qəsəbəsinə yaxın ərazidə yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan qəsəbənin idarəçiliyində, təmizliyində olduqca açınacaqlı bir durumun yarandığı bildirilir. Həmin şəhərciyin sakinlərinin Azinforum.az-a verdikləri məlumatda bildirilir ki, əhalidən hər yaşayış kvadrat metr üçün 25 qəpik komunal ödənişlər yığılsa da, həmin pulların hara xərcləndiyi nəzərə çarpmır:

” Bloklarda olan liftlər çox bərbad vəziyyətdədir. Tez-tez xarab olan liftlərin düzəldilməsi bəzən aylarla çəkir. Kompleksə lift xidmətini “Uğur Lift” adlı şirkət həyata keçirir. Onlara nasazlıqla bağlı zəng vuranda deyillər ki, ehtiyat hissəsi Almaniyadan gəlməlidir. Bu səbəbdən də biz aylarla liftlərin təmirini gözləməli oluruq. Zibillər günlərlə atılmır. Ona görə də, şəhərcidkdə antisanitar vəziyyət hökm sürür. Küçə itləri o qədərdi ki, valideynlər övladlarını məktəbə və bağçaya qorxa-qorxa aparırlar. Tez-tez qazıntı işləri aparılır. Ancaq aylarala hansısa boruda olan sızmaya əncam çəkilmir və nəticədə şəhərcik sanki müharibə vəziyyətində olan ərazini xatırladır. Qazıntı işləri bitəndən sonra isə həmin yerə təkrar asfalt örtük vurulmur. Blokların işıqlandırılması şəhərcikdə ödəniş toplayan MMC-nin üzərində olsa da, yanan lampaları sakinlər dəyişməyə məcbur olur. Həmin MMC-yə rəhbərlik edən Elman adlı şəxsi isə tapıb əlaqə yaratmaq qeyri-mümkündür. Binaların ətrafında təhlükəsizlik kameraları yoxdur. Bu səbəbdən də, tez-tez baş verən oğurluqların qarşısını almaq və edilən cinayətlərin üstünü açmaqda polis çətinlik çəkir. Ancaq şəhərcikdə olan yeganə və çox gəlirli avtoyuma boksu pul yığan komendatlara məxsusdu. Onlar gün ərzində yuyulan avtomobilləri sayıb, haqq-hesablarını düz aparmaq üçün həmin boksun ətrafına bir necə rakursdan çəkən müşahidə kameralar quraşdırıblar. Avtomobillərin saxlanması üçün yeraltı qaraj isə hansısa bankın sərancamına verilib. Onlar krediti ödəməyən, üzərinə həbs qoyulan avtomobilləri kütləvi şəkildə gətirib həmin qaraja yığırlar. Nəticədə sakinlər avtomobillərini hətta pul müqabilində qarajda saxlaya bilmir. Komunal ödəniş bir gün gecikən kimi isə komendatlar qanunsuz olaraq mənzilə verilən elektrik enerjisini kəsdirirlər. Sakinin işlətdiyi enerji ilə bağlı Azərenerjiyə borcu olmadığı halda, ona elektrik enerjisinin verilişi bir komendantın göstərişi ilə dayandırılır. Sakinlər işlətdikləri elektrik enerjisinə nəzarət etmək kimi imkandan mərhum ediliblər. Çünki bütün sayğaclar binaların zirzəmisinə yerləşdirilib, açarlar isə şəhərciyin komendatlarında olur. Bir sözlə, burada olduqca acınacaqlı vəziyyət hökm sürür. Bir az haqqını tələb edən adamlara isə deyillər ki, binalar AKKORD şirkətinə məxsusdu, arxasında böyük adamlar durur, şikayətin heç bir faydası yoxdur. Çox xahiş edirik ki, şəhərcikdəki real və acınacaqlı vəziyyəti əlaqədar qurumların diqqətinə çatdırasınız”.

Çinarə SEYİDOVA,

AZİNFORUM.AZ

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …