Çərşənbə , May 12 2021
Ana səhifə / Manşet / Ağdərə, Xocavənd və Qubadlıda döyüş əməliyyatları davam edib

Ağdərə, Xocavənd və Qubadlıda döyüş əməliyyatları davam edib

Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Həmçinin oxuyun

Partiya sədrindən “Laba” ya sərt ittiham – “Heydər Əliyevin əsgəri mənəm, yoxsa sən?”

Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov öz Feysbuk səhifəsində Sədərək gömrüyünün sabiq rəisi “Laba” ləqəbli …