Bazar , Noyabr 29 2020
Ana səhifə / Manşet / 70 yaşlı Ziya Məmmədovun mina atmaq istəyinə sözardı..

70 yaşlı Ziya Məmmədovun mina atmaq istəyinə sözardı..

Müharibə başlayandan nə şəhid şəkili paylaşmışam, nə də Orduya kimin niyə getdiyi, niyə getmədiyi ilə bağlı müzakirələrdə iştirak etmişəm.
Əksinə, belə müzakirələrə, paylaşımlara qarşı olmuşam. Mənə hansısa məmur uşağının (adı ilə) niyə müharibədə iştirak etmədiyi sualını ünvanlayanda, yalanda olsa demişəm ki, onların adını çəkməyin, düşmənin arxasında kəşfiyyatdadırlar.

Çoxları inanıb, müzakirəyə son qoyub.  Bu yalanı milli ruh sarsılmasın deyə danışmışam. Belə həssas məqamda vətəndaşlarımızın Ordumuza olan inamı azalmasın deyə söyləmişəm. İndi gəlin görək, bəs həmin oliqarxlar nə edir? Bizi məcbur edirlər ki, onlara bəzi sualları ünvanlayaq. Uzun müddət rəhbər vəzifələrdə işləmiş, Ziya Məmmədov adlı korrupsioner imicli sabiq nazir var.


Bilirsiniz bu gün nə deyib? Mediaya verdiyi müsahibədə bildirib ki, könüllü olaraq müharibədə iştirak etmək istəyir. 
Hətta deyib ki, hərbi xidmətdə minaatan olub. İndi artileriya döyüşləri getdiyi üçün, onun mənimsədiyi hərbi biliklər sahəsinə böyük ehtiyacın duyulduğunu bildirib. 


Səhv etmirəmsə, Ziya Məmmədovun yaşı 68-ı keçib. Gözəl bilir ki, onun yaşında adamı kimsə hərbi xidmətə aparmayacaq. Hətta gedib Arzu Rəhimovun kabinetinin qabağında yatsa belə, bu, mümkün deyil. 
Amma belə olan təqdirdə mənim Ziya Məmmədova sualım yaranır: ay ağsaqqal, sənin bir milyona ayını kəsib yeyən oğlun hardadır ki, özün könüllü müharibəyə getmək istəyirsən?

Deyəssən ki, hər iki oğlun xaricdə bizneslə məşğul olub, Azərbaycan maraqlarını qoruyurlar.  Yaxşı, idmançı kimi qaydasız döyüşlər təşkil edən, qardaşın Elton Məmmədovun oğlu hardadır? Hardadırsa, 100 faiz müharibədə deyil. Burada saxlayıram…


Müharibə həssas mövzu olduğu üçün, dərinə getmirəm. Bilirəm, bir az dərinə getsəm Orduya etdiyin yardımla bağlı qəbzi gözümə soxacaqsan. Bil ki, bunu etmək sənin şərəfli borcundur. Çünki pulu necə yığdığını da gözəl bilirik. 


Çox xahiş edirəm, şəffaf olan müharibə mövzusuna da özünüzü yersiz dürtüb, oraları ləkələməyin. Çünki sizinlə ədalət, müharibədə ölməyə səmimi razılıq vermə anlayışı tərs mütənasibdir. 


Xahiş edirəm, müharibə qurtarana kimi gizlənin ki, xalq sizin sərsəm fikirlərinizi oxuyub ruhdan düşməsin.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü …