Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Ağsaqqalar Şurasının sədr müavini qazinin mülkünü əlindən alır – VİDEO

Ağsaqqalar Şurasının sədr müavini qazinin mülkünü əlindən alır – VİDEO

Abşeron rayonunda yaşayan Qarabağ qazisi Şahsuvarov Məhərrəm Arif oğlu Azsiyasət.com saytına müraciət edərək bildirib ki, onun 2014-cu ildə külli miqdarda vəsait ödəyərək Xırdalan şəhəri ərazisində “ÇinarAN” Mənzil Tikinti Kooperativindən aldığı qeyri-yaşayış sahəsi imkanlı şəxslər tərəfindən zorla əlindən alınır.

Qarabağ qazisi bildirir ki, halal yolla əldə etdiyi “obyekti” onun əlindən almaq istəyən şəxs Azərbaycan Ağsaqqallar Şurasının sədrmüavini, iş adamı Yusifov Bayram Məmməd oğludur.

Sözügedən iş adamı iddia edir ki, o, qaziyə məxsus yeri 2016-cı ildə, yəni Şahsuvarov Məhərrəmdən iki il sonra, məhz həmin MTK-dan alıb. Onda isə maraqlı sual ortaya çıxır: bu iş adamı niyə məhz qaziyə məxsus sahənin təkrar alınmasına maraq göstərib

Bizə təqdim edilən rəsmi sənədlərdən görünür ki, Yusifov Bayramın sözügedən MTK ilə hansısa formada iş birliyi olub və bunun nəticəsində məhz “Çinar-AN”da bir neçə daşınmaz əmlaka sahiblənib. Ən maraqlısı isə budur ki, Yusifov Bayram öz şəxsi əlaqələrindən istifadə edərək, qazini öz obyektinin həndəvərənə belə buraxdırmamağa nail ola bilib.

 Qarabağ qazisinin bu xüsusda səsləndirdiyi fikirlərin yer aldığı videomüsahibəni təqdim edirik:

Müsahibədə adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazırıq…

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …