Ana səhifə / Manşet / Milli Qəhrəmanımız Kiyevdə insult keçirib, vəziyyəti ağırdı – FOTO

Milli Qəhrəmanımız Kiyevdə insult keçirib, vəziyyəti ağırdı – FOTO

Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev Kiyev şəhərində ağır insult keçirib, hazırda vəziyyəti ağırdır. Bu barədə məlumatı Azinforum.az -a Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı verib. Onun sözlərinə görə, Zabit Quliyev Kiyev şəhərinə keçirilən tədbirlərdə iştirak etmək üçün Ukraynaya yollanıb:

“May ayının 9-da qəfildən vəziyyəti pisləşən Milli Qəhrəman təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Mən ailəsi ilə əlaqə saxladım, Zabit Quliyevin həyat yoldaşı bildirdi ki, Milli Qəhrəmanımızın vəziyyəti hazırda kritikdi, ciddi və peşəkar həkim müayinəsinə ehtiyacı yaranıb. Hazırda Zabit Quliyevin vəziyyəti elədir ki, hər an həyatını itirə bilər. Mən sizin vasitənizlə ölkə rəhbərliyinə müraciət edirəm. Xahiş edirəm ki, bizim çox az sayda olan sağ Milli Qəhrəmanlarımızdan olan Zabit Quliyevlə bağlı məsələni şəxsi nəzarətə götürsünlər. Azərbaycanın Ukraynadakı səfirliyinə tapşırıq verilsin ki, Zabit Quliyevin səhəti ilə bağlı məsələ ciddi maraqlanılsın. Çünki hazırda Milli Qəhrəmənımız yad ölkədə demək olar ki, köməksiz vəziyyətdə qalıb. Gərəkirsə, onun Vətənə geri qaytarılması təmin edilsin və burada müalicəsi üçün şərait yaradılsın. Əgər bu mümkün deyilsə, Zabit Quliyevin səhəti ilə bağlı məsələ Ukraynanın peşəkar həkimlərinə həvalə edilsin. Artıq dərəcədə xahiş edirik ki, bu məsələ tez bir zamanda nəzarətə götürülsün”.

Azinforum.az saytı olaraq, biz də öz növbəmizdə Ukraynada olan qeyrətli soydaşlarımıza, diaspor fəallarımıza səslənib, onlardan rica edirik ki, təcili şəkildə Zabit Quliyevin səhəti ilə yaxından maraqlansınlar.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Unibank”ın kredit siyasətindən vətəndaş qeyri-məmnunluğu artır- daha bir fakt…

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrasına …