Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Vasif Talıbovun doğum günüdür

Vasif Talıbovun doğum günüdür

Yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun doğum günüdür. Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik məktəbində formalaşan Ali Məclisin Sədri Naxçıvanın təlatümlər burulğanından çıxaraq müasir inkişafa qovuşmasında müstəsna xidmətlər göstərib. Çiçəklənən kənd və qəsəbələr, çəkilən yollar, güclü iqtisadiyyat və ordu, yüksələn mədəniyyət Naxçıvanın son 25 ildə formalaşan simasıdır. Yüksək vətənpərvərlik, humanizm, əzmkarlıq, qətiyyət, tələbkarlıq və ən əsası bir ürəyə sığmayacaq qədər böyük olan Naxçıvan sevgisi Vasif Talıbov şəxsiyyətində cəmləşib. Ali Məclisin Sədri həm də jurnalistlərin dostu və böyük qayğıkeşidir. Naxçıvan mediası onun rəhbərliyi altında böyük inkişaf yolu keçib. Naxçıvan teleradiosunun bütün kollektivi adından Hörmətli Sədrimizi səmimi təbrik edir, möhkəm can sağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayırıq. Yaratdıqca ucalan, ucaldıqca daha yaxşı yaradan Sədrimizlə qürur duyuruq. (Nuhçıxan.az)

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …