Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / “2 MİLYON DOLLAR NAXÇIVANA GÖNDƏRİLDİ…” – “Şərurlu İsfəndiyar”dan “Flaminqo” dəhşətləri ilə bağlı etiraflar

“2 MİLYON DOLLAR NAXÇIVANA GÖNDƏRİLDİ…” – “Şərurlu İsfəndiyar”dan “Flaminqo” dəhşətləri ilə bağlı etiraflar

Qasımla danışdım, mənə dedi ki, “əgər yalan danışsan, bizi aldatsan məsuliyyət daşıyacaqsan”

Son günlər Bakıda yerləşən “Flaminqo” restoranıyla bağlı mətbuatda silsilə yazılar dərc olunur. Vasif Talıbovun 2008-ci ildə bu restoranı zorla sahibinin əlindən aldığı bildirilir.

Bu günlərdə uzun müddət “Flaminqo” restoranında icraçı direktor işləmiş, bütün proseslərə canlı şahidlik edən Nizami Ələkbərov yerli mətbuata verdiyi açıqlamada bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

N. Ələkbərov “Flaminqo”-nun əsl sahibi Cəmil Fərəcovun başına gətirilən müsibətlərdən, sözügedən obyektin zorla onun əlindən necə və hansı qiymətə alınmasından, kimlərin vasitəçilik etməsindən danışıb.

Azinforum.az saytı bu dəfə “Flaminqo” dəhşətlərində adı hallanan “Şərur MTK”-nın rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdan müsahibə alıb. 

Sözügedən müsahibənin maraqlı hissələrini oxuculara təqdim edirik:

“- İsfəndiyar bəy, əvvəlki müsahibədə bildirildiyi kimi, həqiqətənmi siz öz təşəbbüsünüzlə restoranı almaq istəmisiniz? Ümumiyyətlə bu proses necə baş verib?

– Restoranın alınması üçün Şərur rayon Dəmirçi kəndindən olan bacanağım Qasım Cəmilin qardaşıyla birlikdə mənim yanıma gəldilər və bildirdilər ki, ““Flaminqo” restoranı təcili satılır”. Mən dedim ki, ehtiyacım yoxdur. Onlar bildirdilər ki, ““Flaminqo” satılmalıdır”. Soruşdum ki, neçəyə satırsınız? Dedi ki, “7 milyon dollara satırıq amma 4-ə də verə bilərik”. Dedim yox, 7 deyirsinizsə, halallıq olsun deyə elə həmin qiymətə də alaram. Həmin torpaq bələdiyyə torpağı idi və özəlləşdirilməmişdi. Lakin buna baxmayaraq, biz 7 milyon dollar qarşılığında razılığa gəldik və mən restoranı aldım. 

Deməli, Cəmilin qardaşı dedi ki, “mənim qardaşımı tutublar və 2 milyon dollar pul tələb edirlər. Əgər biz razılaşdıqsa, mən Naxçıvana zəng edim və məlumat verim ki, qardaşımı buraxsınlar”. 

O, Qasim adlı bir nəfərə zəng vurub, bizim razılığa gəldiyimizi xəbər verdi. Hətta mən özüm də Qasımla danışdım. O, telefonda mənə dedi ki, “əgər yalan danışsan, bizi aldatsan məsuliyyət daşıyacaqsan”. Dedim ki, biz razılaşdıq, restoranı alacam. Qasım dedi ki, “onda biz Cəmili həbsdən azad edirik”. Cəmil Naxçıvandan gəldi, mənimlə görüşdü və çox minnətdar olduğunu bildirdi. 

– Deməli, müsahibədə qeyd olunduğu kimi, Siz adıçəkilən obyektləri Cəmil bəyə vermisiniz?

– Bəli, sadalanan obyektləri verdim. Bundan əlavə 2 milyon dollar da nağd pul verdim. Bu pul Naxçıvana göndərildi. Hətta mən gözümlə buna şahidlik etdim. Cəmil bəy sözügedən vəsaiti DİN əməkdaşı kimi təqdim olunan Qasıma verdi.

– İsfəndiyar bəy, həmin torpağın sənədi olmayıb? Bir sıra iddialara görə, bu torpaq bir nəfərin qohumuna aid olub. O vaxt bu yerdə idman kompleksi tikmək istəyirlərmiş.

– Bu torpaq bələdiyyə torpağı idi. Mən öz vəsaitimə bu torpağı özəlləşdirdim. Bunun üçün 1 milyon 700 min dollar xərc çəkməli oldum. 

– Ümumiyyətlə, bu dönəmdə “Flaminqo”yla bağlı sizə rəsmi qurumlardan hansısa müraciət olubmu?

– Rəsmi qurumlardan heç bir müraciət olmayıb. Bəzi jurnalistlər yazırlar ki, guya mən Vasif Talıbovun əli ilə Cəmil bəyi aldatmışam, ondan 3-4 milyon dollar pul almşam. Bunlar hamısı cəfəngiyyatdır. Hadisədə adı hallanan şəxslər də bunu təsdiqləyə bilərlər. Sadəcə bir şeyi qeyd etmək istəyirəm ki, “Flaminqo”nu 6 yox, 7 milyon dollara almışam. Bacanağım Qasıma vasitəçilik etdiyi üçün bir ədəd mənzil verilib. Bir sözlə, bu məsələ də alan da razı qalıb, satan da.

– İsfəndiyar bəy “Flaminqo” restoranı hazırda fəaliyyət göstərirmi?

– Bəli, restoran işləyir və mənim mülkiyyətimdədir”.

Müsahibəni götürdü,

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …