Şənbə , İyun 19 2021
Ana səhifə / Manşet / 118 saylı məktəbdə qalmaqal – “Direktor mənim şagird qızımı diskriminasiyaya məruz qoyur”

118 saylı məktəbdə qalmaqal – “Direktor mənim şagird qızımı diskriminasiyaya məruz qoyur”

“Bakının Suraxanı rayonu Hövsan qəsəbəsindəki 118 saylı məktəbin direktoru mənim şagird qızımı diskriminasiyaya məruz qoyur”.  Bu sözləri Azinforum.az İnformasiya Portalına açıqlamasında həmin məktəbin 8-ci sinif şagirdi Məmmədli Fatimənin atası Faiq Məmmədov  deyib.  Valideynin sözlərinə görə, onun qızı Respublika üzrə keçirilən fənn olimpiadasında  öz məktəbdinin şagirdləri arasında ən yüksək  sayılan – 63 bal toplayıb:

“Buna baxmayaraq, məktəbin direktoru  qat-qat az bal toplayan şagirdləri şəxsən təbrik edib. Yalnız  mənim qızıma qarşı ayrıseçkilik edərək, onun barəsində bir kəlmə də xoş söz deməyib. Bu hal mənim qızımın psixologiyasına çox mənfi təsir göstərib. O, ağlaya-ağlaya evə gəldi və vəziyyəti mənə danışdı. Hətta direktor məktəbin sosial şəbəkələrdə olan hesablarında başqa qalib şagirdlərin şəkillərini paylaşsa da, mənim qızımın şəkilini paylaşmayıb.  Mən direktora iradımı bildirdim, ancaq o, düz addım atdığını dedi. Bu, direktorun bizim ailəyə qarşı etdiyi ilk  haqsızlıq deyil. O, bir neçə dəfə bizi məcbur edib ki, uşaqların sinifini dəyişək. Bu cür  yüksək nailiyyətə görə, direktor mənim qızımı həvəsləndirmək əvəzinə, onun ruhdan salır, övladıma qarşı psixoloji təzyiq edir. Sizdən xahiş edirəm ki, bu diskriminasiya ilə bağlı məsələni Təhsil Nazirliyinin diqqətinə çatdırsaınız”.

Səslənən ittihamlara aydınlıq gətirmək üçün, məktəbin direktoru Nizaməddin Ağcayevlə əlaqə saxladıq.  Direktor Azinforum.az-a açıqlamasında  bildirdi ki,  onların məktəbindən 7 şagird olimpiadanın respublika mərhələsinə keçib:

“Biz məktəb olaraq həmin uşaqların hər birinin adına diplom yazdıq. Məktəbin dərs hissə müdiri ilə birlikdə mənim kabinetimdə onlara təqdim etmişik. Şagirdlərin 4-nə müavin, digər 3-nə isə mən təqdim etmişəm. Ola bilər ki, həmin şagirdə mükafatı mən yox, müavinim təqdim edib. Burada qeyri-adi nə var ki?  Keçən il onların müraciəti əsasında övladlarının sinifi dəyişib. Sizin dediyiniz şagirdin anası da bizim məktəbdə müəllimə işləyir. Onlar hər zaman çalışırlar ki, uşaqları birinci olsun. Onlarla da rəqabət aparan şagirdlər çoxdur. Sadəcə, şagird belə rəqabəti qəbul etmək istəmir. Həmin şagird və ailə ilə bizim heç bir problemimiz yoxdur”.

Azinforum.az

Həmçinin oxuyun

Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”

Millət vəkili Elman Nəsirovla bağlı günlərdir sosial şəbəkələrdə, bir sıra saytlarda qalmaqallı xəbərlər yayılır.  Belə ki, …