Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Manşet / 1 milyon 400 min manat pulun izi ilə – Cinayət, yoxsa… – Video

1 milyon 400 min manat pulun izi ilə – Cinayət, yoxsa… – Video

Rusiyanın Barnaul şəhərində yaşayan Məhərrəmov Məhəbbət Nazim oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək hazırda Penitensiar Xidmətin Kürdəxanadakı həbsxanasında saxlanılan qardaşı Məhərrəmov Orxan Nazim oğlunun əsasız həbs edildiyi iddiasını irəli sürüb. Onun sözlərinə görə, qardaşının həbsi doğma dayısı Əliyev Amil Famil oğlu və ona yaxın olan bir neçə şəxsin şikayəti əsasında baş tutub. Qeyd edək ki, Məhərrəmov Orxan Nazim oğlu 790 min dollar ( 1 milyon 400 min manat) vəsaitin dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərhad Qəribovun icraatındadır. Təqsirləndirilən şəxsin qardaşı ilə olan videomüsahibəni təqdim edirik:

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …