Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Əli İnsanov nümunəsi: siyasi alver, yoxsa doğru seçim?

Əli İnsanov nümunəsi: siyasi alver, yoxsa doğru seçim?

Əli İnsanov türmədən çıxan gün 11 saylı “zon”un qarşısında əynində sarı palto, başında sarı papaqda bir müsahibə verdi. Elə həmin gün onunla bağlı bir yazı yazdım. İndi görürəm ki, nə yazmışamsa, hamısı özünü doğrultdu.

Əli İnsanovun hazırkı siyasi seçimi çox doğrudur. Çünki hazırda nə iqtidarda, nə də müxalifətdə İlham Əliyev qüdrətində, nüfuzunda siyasətçi yoxdur. Ondan başqa kimi dəstəkləməliydi? Ancaq gərək bir ağsaqqal kimi məqsədinə çatmaq üçün, həddən artıq ziqzaqlı siyasi gedişlərdən istifadə etməzdi.

Çox detallara varmaq istəmirəm, ancaq Əli İnsanovun addımının bir adı var: siyasi alver. Mənim üçün çox maraqlıdır, görəsən, bu 360 dərəcəli siyasi dönüşünü partiyasının vitrininə düzdüyü keçmiş müxalifətçilərə necə əsaslandırıb? Onlardan bir səs çıxmırsa, demək ki, razılıq veriblər!

Çünki Əli İnsanov bu qərarı fərdi olaraq deyil, bir siyasi təsisatın adından verib. Bir daha təsdiq olunur ki, Azərbaycanda qurulan siyasi partiyalar ideoloji əsaslarla deyil , hansısa fərdin maraqlarının təmin edilməsi məqsədi ilə yaradılır və həmin siyasi təsisat qazanc gətirən bir obyekt kimi işlədilir.

Lazım gələndə icarəyə verirlər, lazım gələndə satırlar, sədrlər öləndə isə özəl mülk qanunlarına uyğun olaraq rəhbərliyi övladlarına və ya həyat yoldaşlarının adına vəsiət edirlər.
Hazırda bir neçə partiya var ki, sədrlərin özləri sağ ola-ola, heç vaxt siyasətlə məşğul olmayan ovladlarına partiya ierarxiyasında ikici postu veriblər. Buna görə də, Əli İnsanovun atdığı addım mənə təəccüblü gəlmir, obrazlı desək, tam olaraq Azərbaycan siyasi palitrasının boyuna biçilib.

Əli İnsanov həm də regional amillə ciddi manipulyasiya edən adam olub. Hakimiyyətə güya bir neçə milyonluq Qərbi Azərbaycanlı elektoratı ətrafında səfərbər edə biləcəyi ilə xox gəlirdi. Buna görə də, radikal çıxışlar edən kimi, hakimiyyət onun əleyhinə məhz həmin regionun tanınmış ziyalılarını danışdırdı.

Onlar da bunu fürsət bilib, növbəyə düzülmüşdülər. Bir sözlə, Əli İnsanovu tənqid, hətta təhqir etmək estafetinfə bir tıxac yaranmışdı. Araşdırdım, Əli İnsanovu kimlər söyməyib… İndi həmin adamları tapmaq lazımdır ki, Əli İnsanovun bu doğru seçiminə dəstək verib, akademikin düz addımına haqq qazandırsınlar…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …