Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Əli Həsənova qarşı “qaraçılar kampaniyası” və üç əks qüvvə – Baş redaktor konkret ünvanlar göstərdi…

Əli Həsənova qarşı “qaraçılar kampaniyası” və üç əks qüvvə – Baş redaktor konkret ünvanlar göstərdi…

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev öz “Facebook” səhifəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun niyə daima qaralama kampaniyasının hədəfində olması ilə bağlı maraqlı status paylaşıb. Azinforum.az Aydın Quliyevin həmin statusunu olduğu kimi təqdim edir:

“İqtidar komandada Prezidentin köməkçisi Əli Həsənov qədər qaralama-gözdənsalma kampaniyasına hədəf seçilən ikinci məmur yoxdur. Ona görə yox ki, o bu cür münasibətə hamıdan artıq “haqq”edir” , ona görə ki , ona qarşı belə davranışların çox ciddi siyasi və ambisioz kökləri var. Əli Həsənovu şəxsən tanıdığım, hansı qabilliyyətin, savadın , davranış mədəniyyətinin, getdiyi yola sadiqliyin və məsuliyyətin sahibi olduğunu bildiyim üçün bunları söyləyə bilirəm. Maraqlıdır ki, Əli Həsənova qarşı aparılan kampaniyanın informasiya təminatçıları və yönəldiciləri qismində iqtidar komandanın içində də kimlərinsə olduğu barədə əsaslı şübhələr var.
Beləliklə , Əli Həsənovun komandada hamıdan artıq qaralanması, əksər hallarda əndazəni , ədaləti, insanlığı, kişiliyi , namus-qeyrəti aşan kampaniyaya hədəf qoyulması kimin marağındadır?

  1. Hakimiyyətin sistemli ideoloji – təbliğat işini öz siyasi platformasının qarşısında möhkəm sədd kimi görən radikal müxalifət dairələri. Əlisiz bu hakimiyyətin ideya platformasını təsirsiz hala gətirə biləcəklərinin daha asan olacağını düşünürlər. Hardasa haqlıdırlar. Əli Həsənovun bir neçə gün görünmədiyi vaxtlar hakimiyyət düşərgəsində ideoloji boşluğun yarandığını hər kəs görür.


2. Əli Həsənovun daxili rəqibləri və qısqanc çevrələr. Ora-bura yalan-palan məlumatlar ötürərək istiqamət göstərməklə Əli Həsənovu sıradan çıxaracaqlarını, onun işini onsuz daha yaxşı aparacaqlarını düşünürlər. Yenə yanılırlar. Xüsusilə də onun işini onsuz daha yaxşı apara biləcəklərinin mümkünlüyünə inanmaqda…


3. Azərbaycanın daxili siyasəti ilə bağlı müəyyən pozucu layihələri puç edilmiş müəyyən beynəlxalq dairələr…


Əli Həsənov iqtidarın siyasi və komanda maraqlarına xidmət naminə doğru yoldadır. İnamlı hərəkət edir, səmimi, inandırıcı və arqumentli danışır. İqtidarda hamının siyasi və komanda maraqlarını yetərli müdafiə edir. Ancaq bu gün üzləşdiyi “qaraçı kampaniyalarla “mübarizədə heç də hamıdan dəstək almır…. Hər halda, bu, onların öz daxili komanda işləridir…”

Azinforum.az

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …