Ana səhifə / Manşet / Əhməd Əhmədovun yeni vəzifə arzusu- reallıq, yoxsa xülya?

Əhməd Əhmədovun yeni vəzifə arzusu- reallıq, yoxsa xülya?

Bəzi KİV-lər məlumat yayıb ki, Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov Bakıya gəlib və yaxın günlərdə DİN-də yüksək vəzifəyə təyinat alacaq. Şəxsən mən buna inanmıram. Çünki ən azından praktikada belə hala rast gəlinməyib ki, orda müəyyən nöqsanlara görə işdən çıxarılan və ya qovulan vəzifəli şəxslər gəlib Bakıda yüksək postlara təyin edilə bilsinlər. Bunu bizdən yaxşı Əhməd Əhədov və onun ətrafı bilirsə, onda niyə anoloji məzmunlu şayiələrin yayılmasında maraqlıdırlar? Bəli, belə şayiələr məhz onların yaxın ətrafı tərəfindən dövriyəyə buraxılır, özü də xeyli müddətdir.

Bir müddət əvvəl sadə vətəndaşlar arasında danışılan bu mülahizələrin artıq mediaya da yol tapması maraqlı niyətlərdən xəbər verir. Məlumdur ki, Əhmədovlar həm də özlərinə yaxşı varidat toplaya biliblər. Onların Bakıda bahalı obyektləri var. Həmin varidadı qorumaq və klanın inkişafı üçün hansısa dayaq və istinad nöqtəsi lazımdır. Çünki bu müddət ərzində onlara olan inam xeyli sarsılıb. Təsadüfi deyil ki, tayfanın Bakıdakı obyektlərini idarə edən Əvəz adlı qardaşları bir müddət əvvəl həbs edildi. Yalnız zərərçəkən iş adamlarına vurulan külli miqdarda zərər tam ödənildiyindən sonra azadlığa çıxa bildi.

Həmin məbləğin fantastik həddə olduğu söylənilir. Böyük qardaşlarının vəzifəyə təyin edilə biləcəyi ilə bağlı şayiələri yaymaqla onlar ən azı biznes aləmindəki özlərinə olan cazibəni bərpa etmək istəyirlər. Çünki daima gündəmdə olmayanda, adama heç kim etibar edib böyük layihələri reallaşdırmaq istəmir. Hazırda iqtisadi baxımdan ciddi problemlər yaşayan Əhmədovlara bu inamı bərpa etmək çox lazımdır. Bu səbəbdən də, çıxış yolunu dezinformasiya yaymaqda görüblər.

Bu taktikadan sabiq milyarder, indi isə müflis halda olan Mübariz Mənsimov da məharətlə istifadə edir. Bütün gününü sosial şəbəkələrdə keçirən və hətta ən adi bir vətandaşla belə şəxsən “çatlaşan” Mənsimov tez-tez neçə nəfər tələbə və ya xəstəyə təmannasız maddi yardım etdiyi ilə bağlı şar üfüləyir. Göstərmək istəyir ki, güya hələ də pulu var. Özünə olan inamı sarsıltmaq istəmir ki, heç olmasa kredit zad götürə bilsin. Biznesdə belə “tryuk”lardan çox istifadə olunur. Buna görə də, Əhmədovların “dezo” yaymaqla etdikləri gedişi siyasi deyil, biznes maraqlarını qorumağa, inkişaf etdirməyə hesablandığını təxmin etmək olar.

M. QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …