Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Əhaliyə şad xəbər: qaza görə limit ləğv edildi…

Əhaliyə şad xəbər: qaza görə limit ləğv edildi…

Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb.

AZİNFORUM.AZ-IN məlumatına görə, bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb.

Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.

Nazir əlavə edib ki, qərar mayın 1-dən qüvvəyə minir.

Ş.Mustafayevin bildirdiyinə görə, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 mln. abonent və ya 6 milyon nəfər istifadə edirdi: “Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonenti (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70%-dən 85%-ə yüksələcək”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …