Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / Əziz Əzizovdan islahata “töhfə” – sürücü olan bacısı oğlunu özünə köməkçi təyin etdi…

Əziz Əzizovdan islahata “töhfə” – sürücü olan bacısı oğlunu özünə köməkçi təyin etdi…

Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov özünə yeni köməkçi təyin edib. Azinforum.az Pravda.az-a istinadən xəbər verir ki, bununla bağlı Ə.Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ağayev Murad Əsgər oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin edilib. Qeyd edək ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayev əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində icra başçısının sürücüsü olub. Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olublar. “Qafqazinfo” xəbər verir …