Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Manşet / ƏLİ NAĞIYEV ŞƏXSİ İNTRİQALARINDA MƏRHUM HEYDƏR ƏLİYEVİN ADI İLƏ NİYƏ MANİPULYASİYA EDİR?

ƏLİ NAĞIYEV ŞƏXSİ İNTRİQALARINDA MƏRHUM HEYDƏR ƏLİYEVİN ADI İLƏ NİYƏ MANİPULYASİYA EDİR?

Sabiq sosial təminat naziri Əli Nağıyev yenə öz mənəvi keyfiyyətlərinə uyğun olan tərzdə bir müsahibə verib. Ancaq bu dəfə çox böyük yalanlar danışmaqla bərabər, həm də ciddi siyasi səhvlər buraxmış olub. Adam özünün lazımsız siyasi itriqalarına rəhmətə getmiş, xalqın rəğbət bəslədiyi liderlərin adını da qatmaq istəyir. Prezidentin köməkçisini hədəfə alan müsahibəsində deyir ki, Əli Həsənovun irəli çəkilməsində onun böyük əməyi olub. Eyni zamanda özü etiraf edir ki, Əli Həsənovla ilk tanışlığı Heydər Əliyevin qəbul otağında olub. Gəlin məsələyə sadə məntiqlə yanaşaq. Əli Həsənov hələ Naxçıvanda olanda Heydər Əliyevin qəbul otağına kimi gedib çıxıbsa, deməli, rəhmətliklə yaxın və səmimi münasibətləri olub. Belə münasibətlərin kontekstində, insan sərrafı olan Heydər Əliyev Əli Nağıyevin hansısa təqdimatına ehtiyac duyardımı?

Təbii ki, yox! Əli Nağıyev daha sonra Əli Həsənovla münasibətlərinin niyə pisləşdiyindən danışır. Bunu da belə əsaslandırır ki, güya Əli Həsənov Heydər Əliyevə onunla bağlı məlumatlar verib. Əli Nağıyev deyir ki, həmin məlumatları da Heydər Əliyevin özü onun nəzərinə çatdırıb. Bax burada Əli Nağıyev böyük hörmətsizliyə yol verir. Xalqımızın riayət etdiyi qızıl qaydalar var. Onlardan da biri rəhmətə gedən insanın ruhunu narahat etməməkdir. Bu ehtiram hətta sadə insanlara münasibətdə belə gözlənilir. Amma görünür, Əli Nağıyev üçün bu mənəvi dəyərlər keçərli deyil. İndi Əli Nağıyev bununla demək istəyir ki, güya Heydər Əliyev öz komandasının üzvləri arasında intriqa yaratmaqla məşğul olub? Hamı bilir ki, Heydər Əliyev bu cür xüsüsiyyətlərdən uzaq adam olub. O, hamıdan informasiya ala bilərdi, ancaq hansı addımı atmağı özü müəyyənləşdirirdi. Əli Nağıyev bilsin ki, aravuranlıq, sözgəzdirmək kimi mənfi keyfiyyətlər tam onun özünün boyuna biçilib, ictimai rəyi çaşdırmasın…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İlham Əliyev Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib. …