Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / Zorlandığı iddia edilən 13 yaşlı qızla bağlı araşdırma aparılır

Zorlandığı iddia edilən 13 yaşlı qızla bağlı araşdırma aparılır

Dünən sosial şəbəkələrdə Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı musavat.com Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, bununla bağlı araşdırma aparılır: “Məlumatın doğru olub-olmamasını araşdırırıq. Monitorinq Komissiyası və hüquq mühafizə orqanlarını da cəlb etmişik. Dəqiqləşsin, məlumat verəcəyik”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkədə Lerik rayonunda “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu, Elnur Məmmədovun 7-ci sinif şagirdi zorlaması və onun 4 aylıq hamilə olması haqda iddialar dolaşır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …