Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Zorlamada və qətldə ittiham olunan idmançıya hökm oxundu

Zorlamada və qətldə ittiham olunan idmançıya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasını zorlamaqda və boğaraq öldürməkdə ittiham olunan 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Fəttah Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi ötən il avqustun 7-də Sumqayıt şəhərində baş verib.

İstintaqla müəyyən edilib ki, sərxoş vəziyyətdə olan Fəttah Nuriyev Sumqayıtda “Göyərçin” abidəsi tərəfə gedən 35 yaşlı Sevda Bayramovanı görüb. Qadının üzərindəki qızıl-zinət əşyalarını ələ keçirmək istəyən F.Nuriyev havanın qaranlıq, ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum çəkib. Qadını yerə yıxaraq bir neçə zərbə vurub. Sevdanın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb, sürüyüb gül kollarının arasına aparıb. Qadının gücsüz olmasından istifadə edərək onu zorlayıb. Sonra isə boğaraq öldürüb. S.Bayramova ailəli, 2 övlad anası olub.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …