Ana səhifə / Kriminal / Zorakılıq əlamətləri olan meyitini ailə üzvləri tapdı

Zorakılıq əlamətləri olan meyitini ailə üzvləri tapdı

İyulun 22-də Gədəbəy rayon sakini 1959-cu il təvəllüdlü Kamil İmamquliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin ailə üzvləri tərəfindən aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“Qafqazinfo” xəbər verir ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ağstafa rayon sakini 1980-cı il təvəllüdlü Anar Nuriyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan barəsində axtarış elan edilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nuriyev avqustun 1-i Ağstafa rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

A.Nuriyev şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …