Çərşənbə , Mart 3 2021
Ana səhifə / Kriminal / Ziya Məmmədov və Kəmaləddin Heydərov həbs edilir? – İDDİA

Ziya Məmmədov və Kəmaləddin Heydərov həbs edilir? – İDDİA

Azərbaycanda həyata keçirilən kadr islahatları, korrupsiya və rüşvətxorluğa qarşı görülən sərt tədbirlər, maliyyə maxinasiyalarında və büdcə vəsaitlərinin talan edilməsində rolu olan məmurların həbsi ölkədə yenidənqurmanın sürətlə aparıldığını deməyə əsas verir. Milyardlarla manat büdcə vəsaitlərinin mənimsənilməsində adı hallanan oliqarxlar arsında sabiq Nəqliyyat naziri Ziya Məmmədov və hazırda Fövqəlada Hallar naziri olan Kəmaləddin Heydərov xüsusi yer tutur.

“Bu şəxslərin həbs olunma ehtimalı nə dərəcədə realdır” sualını Konkret.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, adıçəkilən oliqarxların həbs edilməsi çox vacibdir:

“Həm Ziya Məmmədov, həm də Kəmaləddin Heydərovun “fəaliyyəti” haqda mediada kifayət qədər məlumatlar dərc edilib. Bu şəxslərin ofşor zonalardakı hesabları və mülkləri haqda informasiyalar hər kəsə məlumdur. Onların hakimiyyətdən uzaqlaşdırılması ilə məsələ yekunlaşmamalı, eyni zamanda millətə və dövlətə etdikləri xəyanətə görə həbs olunmalıdırlar. Rusiyanın uzun illər Azərbaycandakı siyasətini həyata keçirən şəxslərin hər biri mütləq cəzasını almalıdır. Məhz bu adamlar ölkəni Rusiyanın koloniyasına çevirməyə çalışıblar. Bu səbəbdən də onlara ən ağır cəza verilməlidir ki, bir daha heç kəs dövlətə və millətə xəyanət etməyi ağlından keçirməsin”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Ziya Məmmədovun vaxtında təmir edilən Bakı-Quba yolu, guya, dəmir betondan ibarət idi. Amma o yola tökülən 40 santimetrlik betonun tərkibində heç bir dəmir məmulatı olmayıb. Ona görə də, bu yol cəmi bir həftəyə dağıldı. O cümlədən, “Aeroport” yolunun 1 kilometrinin çəkilişinə 10 milyon pul xərclənsə də, 3 həftədən sonra asfalt çökdü. Beləliklə, Ziya Məmmədov yol tikintisindən mənimsədiyi milyardlarla özünə holdinqlər yaratdı, mülklər aldı. Təkcə oğlu Anar Məmmədov Donald Trampın prezidentlik kampaniyasına 30 milyon vəsait xərclədi. Bu insanlar vətənə qarşı xəyanət ediblər. Odur ki, bu məsələlərdə heç kim kənarda qalmamalı və hər biri həbs olunmalıdır”.

Həmçinin oxuyun

Karantin postundakı əməliyyatın TƏFƏRRÜATI

Polisin keçirdiyi əməliyyat zamanı güllələnən şəxslər hakim qarşısına çıxarılıb. Onlar narkotik ittihamı ilə həbs ediliblər. …