Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlanıb + Fotolar

Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlanıb + Fotolar

Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, yolun “Koroğlu” metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində iki minik və bir yük maşını toqquşub.

Qəzadan sonra yük maşını aşıb və maşınların həmin istiqamətdə hərəkəti demək olar ki, tam dayanıb. Aşan yük maşınının yoldan götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını gəlib.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …