Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Zaqatalada məmur oğlu nalayiq sözlərə görə həbs edilib

Zaqatalada məmur oğlu nalayiq sözlərə görə həbs edilib

Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.

APA-nın məlumatına görə, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …