Ana səhifə / Kriminal / Zamirədən dəyəri 1 milyon funt sterlinqdən baha olan üzük müsadirə edildi – FOTO

Zamirədən dəyəri 1 milyon funt sterlinqdən baha olan üzük müsadirə edildi – FOTO

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və həyat yoldaşı Zamirənin var-dövlətinin bəlli olmayan mənbəyinin araşdırılması ilə məşğul olan Böyük Britaniyanın səlahiyyətli orqanları dəyəri 1 milyon funt sterlinqdən baha olan brilliant üzük müsadirə edib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.

Sözügedən 8,9 karatlıq “Cartier” (Kartye) üzüyü C.Hacıyev tərəfindən səkkiz il əvvəl Londonun məşhur “Harrods” univermağından alınıb.

Zinət əşyası zərgərlər tərəfindən restavrasiya olunan zaman Böyük Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən müsadirə edilib.

Agentlik əmindir ki, bu üzüyün alınması üçün sərf olunan maliyyə mənbəyi növbəti araşdırmaların aparılmasını tələb edəcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.



Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …