Bazar , Noyabr 18 2018
Ana səhifə / Kriminal / Zamirə Hacıyeva qolunda bilərzik evə qayıtdı – FOTOLAR

Zamirə Hacıyeva qolunda bilərzik evə qayıtdı – FOTOLAR

Britaniya kütləvi informasiya vasitələri Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısının həyat yoldaşı Zamirə Hacıyevanın azadlığa buraxılması haqqında reportaj yayımlayıblar.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, dünən London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq həcmində girov müqabilində azadlığa çıxmış Zamirə Hacıyeva gecə saatlarında evinə qayıdıb.

Britaniya nəşri polis məntəqəsindən evinə qayıdan Z.Hacıyevanın fotoşəkillərini yayıb.

Xatırladaq ki, Azərbaycana ekstradisiya edilməsi məsələsinə baxılacaq gələn ilin iyun ayına qədər Zamirə Hacıyeva ev dustaqlığında olacaq. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Həmçinin onun M25 trasının hüdudlarını tərk etməyə ixtiyarı yoxdur. Bundan əlavə, Hacıyevanın pasportu polisdə saxlanılacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

Solmaz Əbiyevanı Pakistan polisi yaxaladı

Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan …