Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Zaminbank” müflis elan edilə bilər

“Zaminbank” müflis elan edilə bilər

Ləğvetmə prosesində olan “Zaminbank” ASC-nin müflis elan olunması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib.

Bu barədə “Report”a Bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu addım “Zaminbank”ın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün atılıb. Məhkəmənin bu işə nə vaxt baxacağı isə hələ ki, məlum deyil.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Zaminbank”ın lisenziyasını bu il, iyulun 21-də ləğv edib. Həmin gün həmçinin “Dekabank”, “Kredobank” və “Parabank” ASC-lərin lisenziyası ləğv olunub. Bu banklardan yalnız biri – “Kredobank” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 29-da qəbul etdiyi qərarla müflis elan edilib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın