Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Zakir Sultanovun məhkəməsi təxirə salındı

Zakir Sultanovun məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün dindiriləcək şahidlərdən biri ölkə xaricində olduğundan, digər üç nəfər isə səhhətləri ilə əlaqədar olaraq məhkəmə prosesinə gəlməyiblər. Bu səbəbdən də proses sentyabrın 30 -na kimi təxirə salınıb.

Xatırladaq ki, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin, obyektlərinin təmiri, bərpası üçün dövlət büdcəsindən ayrılan pulların bir qismini “otkat” qismində mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, korrupsiya əməlləri nəticəsində dövlətə vurduğu zərərin demək olar hamısını – 5 milyon manata yaxın vəsaiti (4 milyon manat nəğd, qalanı mal-mülk qismində) ödəyib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …