Ana səhifə / Kriminal / Zahir Əmənovu icra başçısı tutdurub? – VİDEO

Zahir Əmənovu icra başçısı tutdurub? – VİDEO

“Zahir Əmənovun saxlanılmasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun adı çəkilir. Bir an öncə bu işdən dönülməlidir. İcra başçıları rayonlarda söz azadlığını pozan vasitələrə çevrilməməlidir”.

Bunu Xural TV-nin rəhbəri Əvəz Zeynallı deyib.
Jurnalist iddia edib ki, bu qurma işdir:
“Z. Əmənov təsisçisi olduğu “cenub.az” saytında Masallı Rayon İcra başçısı Şahin Məmmədov haqqında bir neçə dəfə tənqidi material dərc edib. Hətta yanvarda icra başçısının adamları onu tənqid etdiyinə görə redaksiyaya basqın edib.
Sonuncu belə bir yazı bir neçə gün əvvəl dərc olunmuşdu.
Sayt rəhbərinin saxlanılması icra hakimiyyəti ilə əlaqədardır.

İndicə mən dostlarla əlaqə saxladım. Hadisə belə olub ki, Z. Əmənov otağında oturarkən kənd nümayəndəsi içəri girib və dərhal stolun üstünə pul qoyub. Həmin anda polislər otağa daxil olub və onu saxlayıblar”.

Xatırladaq ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, aprelin 13-də rayonun Sığdaş kənd icra nümayəndəsi İsrafil Əliyev Polis Şöbəsinə müraciət edərək “cənub.az” saytının rəhbəri Zahir Əmənovun ondan 1500 manat pul aldığını iddia edib.
Şikayətdə qeyd olunub ki, Z.Əmənov icra nümayəndəsi övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Sayt rəhbəri saxlanılıb və barəsində hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Həmçinin oxuyun

Rəşad Dağlının dostunu güllələyən şəxsin cəzası azaldıldı

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb …