Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Zəif özəl sektor, ixtisassız işçi qüvvəsi, az maaş və bərbad təhsil sistemi… – Təhlil

Zəif özəl sektor, ixtisassız işçi qüvvəsi, az maaş və bərbad təhsil sistemi… – Təhlil

Analitiklər deyirlər ki, neftlə zəngin Səudiyyə Ərəbistanı getdikcə daha çox problemlə üzləşir.

Onun iqtisadiyyatı demək olar ki, böyümür. Onun hökuməti qazandığından daha çox xərcləyir. Ölkənin neftdən asılılığını azaltmaq üçün həyata keçirilən iqtisadi islahatlar ilbiz sürətilə gedir.

Bir şey alınmırsa, onda hökumətin aktivlərin satışından başqa çarəsi qalmır. Ən azı bir maliyyə firması bu dövləti bədbin aqibətdən xəbərdarlıq edir.

Səltənətin fəaliyyət planı neftdən olan asılılığı dayandırmaq olsa da, hazırda əsas problem elə zəif neft bazarıdır.

“Brent” markalı xam neftin qiyməti 2014-cü ilin ortalarında 100 dollardan baha satıldığı halda, indi 52 dollar civarındadır. Qara qızılın Səudiyyə iqtisadiyyatına təsiri amansızdır, çünki karbohidrogen ehtiyatlarının ixrac gəlirləri (neft daxil olmaqla) qeyri-neft ixracının səviyyəsindən üç dəfə çoxdur.

Nəticədə, Beynəlxalq Valyuta Fondu tərəfindən hazırlanmış son hesabata əsasən, bu il iqtisadiyyatın artımı cəmi 0,1 faiz səviyyəsində olacaq.

 

Qutunun içində

 

Daha da pis odur ki, hökumət bununla bağlı çox az şey edə bilər.

“TC Lombard”ın analitiki Markus Çeneviks bildirib ki, onlar neftdən daha çox pul ala bilmirlər. “Səudiyyə neft hasilatı ilə bağlı sıxışdırılıb”.

Neft xam neft satışından nağd pul qazanma imkanı azalıb, dövlətin neft şirkəti də hasilatı artıra bilmir.

ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatına əsasən, Səudiyyə Ərəbistanı dünyanın ən böyük ikinci neft istehsalçısıdır və hasilat gündəlik 3 milyon barelə yaxındır. “TS Lombard”ın sonuncu hesabatına əsasən, istehsalda əhəmiyyətli dərəcədə artım neftin qiymətini 40 dollardan aşağı endirə bilər.

Hesabatda, həmçinin ölkənin pul ehtiyatlarının azalacağı vurğulanır.

Neft qiymətinin düşməsi məsələni daha da pisləşdirəcək və “beş il ərzində dövlət aktivlərinin təcili satışı” ilə nəticələnəcək.

Bu, ölkənin liderlərinin qətiliklə qarşısını almaq istədikləri aqibətdir.

Satılan xam neftin bir barelinin qiymətinin artırılmasından söhbət belə gedə bilməz. Çünki neft qlobal bir əmtəədir və qiymət bazar tərəfindən müəyyən edilir.

 

Maliyyə çətinlikləri

 

Eyni zamanda, neft bazarında baş verən çətinliklər hökumətin maliyyə ehtiyatlarını tükəndirir.

Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun (BMİ) baş iqtisadçısı Qarbis İradian bildirib: “Hökumət hələ də ÜDM-də təxminən 10 faizi səviyyəsində böyük bir itkiyə malikdir. Ötən il bu göstərici 16-17 faiz arasında idi”.

Başqa sözlə, hər şey maliyyə tərəfində yaxşılaşır.

Hökumətin xərcləmələri üçün bu, yaxşı xəbər olsa da, pis xəbər – kapital xərclərinin azaldılmasıdır. BMİ-in məlumatına görə, bu, 2000-2014-cü illərdə qeyri-neft sektorunda orta artımı hər il təxminən 6 faiz səviyyəsində saxlamağa kömək edən kapital qoyuluşları olub.

Bu il qeyri-enerji sektorunun 0,6 faiz artacağı proqnozlaşdırılır ki, bu da, hər halda, enerji sektoru üçün mənfi 1,7 faiz göstəricisindən daha yaxşıdır.

Qeyri-enerji sektorunun daha sürətli böyüməsi iqtisadi islahatlar ucbatından problemsiz olmayacaq. Onlar kiçik deyil, çox əhəmiyyətli dəyişikliklərdir.

İslahat səylərinin vacib bir hissəsi özəl sektorunu neftin ölkənin böyüməsində mühərriki kimi əvəz etməsi üçün stimullaşdırmaqdır.

İslahatın əsas məqsədi dövlət neft şirkətinin – “Aramco”nun özəlləşdirilməsidir.

BMİ-in son hesabatına əsasən, “səmərəliliyi və məhsuldarlığı artırmaq üçün əhəmiyyətli dərəcədə” olan dövlət-özəl tərəfdaşlıq proqramları (PPP) var.

PPP-lərə əsasən, hökumət uzunmüddətli layihələrə xidmət göstərmək üçün özəl şirkətlərlə müqavilələr bağlayır. Bu tənzimləmələrdə ən əhəmiyyətlisi, Dünya Bankının məlumatına əsasən, özəl müəssisənin “əhəmiyyətli risk və idarəetmə məsuliyyəti” daşımasıdır.

Bununla yanaşı, PPP-lərin Səudiyyədə işsizlik problemi ilə bağlı hər hansı ciddi addım ata biləcəyi ehtimalı yoxdur. İşsizlik səviyyəsi 12,3 faiz səviyyəsindədir və hökumət 2020-ci ilə qədər onu 9 faizə endirmək istəyir.

 

Bacarıqların kəsiri

 

Bu ona görə baş verir ki, işəgötürülənlərin çoxu sadəcə ixtisaslı deyil.

“Səudiyyə vətəndaşları özəl sektorda işləməyə hazır deyillər, – İradian deyib. – Onların bacarıqları yoxdur və özəl sektorda dövlət sektoru ilə müqayisədə az maaş verirlər”.

Əlbəttə ki, ödəniş müqayisəsi dövlət sektorunda çalışanların sənaye və ya ticarətdə rəqabət qabiliyyətinə malik olmasına da şərait yaradır.

İşsizlik problemi bu faktla daha da ağırlaşır ki, “orta məktəb məzunları ən aşağı səviyyəli peşələrə sahib olmaq istəmirlər”, – Çeneviks qeyd edir.

“Al Tamimi & Co.” hüquq firması “Vision 2030” – Səudiyyə Ərəbistanı iqtisadiyyatını dəyişdirmək üçün xüsusi proqramı “təhsil islahatı üçün iddialı yol xəritəsi” adlandırır.

““Vizion”un uğuru təhsil sistemində islahatlara böyük ölçüdə bağlıdır, məqsəd gənc səudilərin məşğulluğunu daha yaxşı təşkil etməkdir”, – şirkətin saytında deyilir.

Hər hansı bir ölkədə milli təhsil sisteminin islah edilməsinin şahidi olmuş istənilən şəxs bilir ki, bu, uzun sürən və ağır prosesdir. Təhsildə islahat daim milli siyasi qarşıdurmalar və müəllimlərin müqaviməti ilə üzləşir. Səudiyyə Ərəbistanında da, ehtimal ki, eyni problem yaranacaq.

Hətta yerli əhali özəl sektorda işləmək üçün lazımi keyfiyyətlərə malik olsa belə, özəl sektorun fəaliyyət göstərməsi üçün böyük maneələr var.

Dünya Bankının “Biznesin asanlığı” siyahısında bu ölkə 190 dövlət arasında 94-cü yeri tutur – Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi coğrafi qonşulardan sonra.

Taxt-tacın yeni varisi Məhəmməd bin Salman əlbəttə ki, gəmi sükan arxasında durarkən daha uzun problemlər siyahısı ilə qarşılaşacaq.

Tərcümə: Strateq.az

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın