Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Kriminal / Yusif İldırımzadənin qaynını öldürən şəxsdən XƏBƏR VAR

Yusif İldırımzadənin qaynını öldürən şəxsdən XƏBƏR VAR

Bakıda polis polkovnikini qətlə yetirməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Elmar Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Onu da qeyd edək ki, qətlə yetirilən T. Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, o, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qaynıdır.

Həmçinin oxuyun

Sabiq başçının ailəsi yaşadıqları evdən çıxarıldı – Foto

Həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı …