Ana səhifə / Kriminal / Yunanıstan defolt qərarı verdi, qlobal çaxnaşma gözlənilir

Yunanıstan defolt qərarı verdi, qlobal çaxnaşma gözlənilir

Az əvvəl “The Wall Street Journal” qəzeti özünün Twitter səhifəsində Yunanıstan hökumətinin iyunun 30-da defolt elan etməyə qərar verdiyi barədə təcili xəbər yerləşdirib.

Virtualaz.org saytı xəbər verir ki, qəzet bu xəbəri yüksək vəzifəli Yunanıstan hökumət rəsmisinə istinadən yayıb.

Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1.6 milyard dollar kredit borcunu   ödəmək üçün iyunun 30-nadək vaxtı var idi.

Məlumatda bildirilir ki, Afina borcu ödəmək iqtidarında deyil və sabah rəsmən defolt qərarını elan edəcək.

Bundan əvvəl, iyunun 26-da Yunanıstan hökuməti beynəlxalq kreditorlarla ölkənin borclarının restruktizasiyasına  və maliyyə yardımı proqramının uzadılmasına dair razılaşma əldə edə bilməyib. İyunun 28-də hökumət bankların fəaliyyətinin iyulun 6-nadək dayandırılmasına dair qərar verib. Bankomatlardan nəğd pul çıxarılmasına sərt məhdudiyyət qoyulub.

Hökumət beynəlxalq kreditorların – Avropa Komissiyasının, Avropa Mərkəzi Bankının və Beynəlxalq Valyuta Fondunun iqtisadi qənaət tədbirlərinə dair tələblərini iyulun 5-də referenduma çıxarmağı qərara alıb. Plan 8 bənddən ibarətdir, vergi sistemində dəyişiklikləri, pensiya isahatını və korrupsiyaya qarşı mübarizəni nəzərdə tutur.

Defolt dedikdə borclu tərəfindən borc öhdəliklərinin yerinə yetirilmədiyinin elan edilməsidir. Başqa sözlə, bu, borcalanın müflis olması anlamını verir. Yunanıstanın defolt elan etməsi Avropanın maliyyə və fond bazarlarında ciddi çaxnaşmalara səbəb  olacaq.

Analitiklər hesab edir ki, Yunanıstan ətrafında baş verən dramatik proseslər yeni qlobal  böhrana gətirib çıxara, Avropanın bir sıra banklarının çökməsinə gətirib çıxara bilər.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın