Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Yüksək vəzifəli məmur öz arvadının xəyanətinə görə qardaşımdan qisas alır”

“Yüksək vəzifəli məmur öz arvadının xəyanətinə görə qardaşımdan qisas alır”

“Yüksək vəzifəli məmurun arvadının xəyanət ehtimalı ilə daxili ailə problemləri olub və həmin şəxs xəyanətdə mənim qardaşım Elçin Pirişov günahlandırır. Prokurorluq orqanlarının əli ilə qardaşımdan qisas almaq fikrinə düşüb. Qardaşım dəfələrlə dindirilib və istintaqa təqdim etdiyi telefon mesajlarda onun hər hansı bir təqsirinin olmaması müəyyən olunub”, – Bu fikləri Criminal.az saytına hazırda həbsdə olan Elçin Pirişovun qardaşı Elnur Pirişov deyib. Elçin Pirişov deyir ki, 32 yaşlı qardaşı altı aydan artıqdır əsassız olaraq istintaq altında saxlanılır: “2019-cu ilin yanvar ayının əvvəlində məlum olmayan səbəblərdən qardaşımın işi xüsusilə ağır cinayətlərin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib. Həmin idarə ağır qətl cinayətləri, siyasi məqsədlərlə dövlətə qarşı ağır cinayətlər törətmiş şəxslərin istintaqını aparır. Qardaşımın işinin həmin idarəyə verilməsi bir qardaş kimi məni çox narahat etdi, lakin mən ölkəmizdə hansısa bir haqsızlığın baş verməyəcəyinə böyük ümid bəsləyib, gözləmək qərarını verdim ki, hər bir məsələ aydınlaşdırıldıqdan sonra Elçinin də işinə aydınlıq gətiriləcək. Təəssüflər olsun ki, keçən yeddi ay ərzində mən ancaq qardaşıma qarşı haqsızlıq və kiminsə ailə probleminə görə qisas alınmasını müşahidə etdim”.“Etika xatirinə həmin şəxsin adını indi çəkmirəm…”

Şikayətçi deyir ki, qardaşından yüksək vəzifəli məmurun ailə xəyanətinin qurbanı kimi qisas alınır: “Etika xatirinə həmin şəxsin adını indi çəkmirəm, lakin baş verən haqsızlıq və Baş Prokurorluğun cinayət işi ilə qardaşımdan ailə qisası alması davam edəcəyi təqdirdə mən həmin şəxslə bağlı mətbuat vasitəsilə ölkə rəhbərliyinə açıq məktubla müraciət edəcəyəm. Qardaşımın hər hansı təqsirini sübuta yetirə bilməyən müstəntiq Orxan Bababyev ailə qisasını başqa yolla almağa qərar verib. Müstəntiq qardaşımı saxlanıldığı Bakı İstintaq Təcridxanasından Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına göndərməklə, orada şəraitsiz vəziyyətdə saxlanılmasına nail olmaqla qardaşımdan qisas almağa başlayıb. Müstəntiq qardaşımı bütün telefon, görüş, yazışma hüquqlarından məhrum edib”.

Elçin Pirişov Elnur Pirişov bildirir ki, qardaşına qarşı ağır ittiham irəli sürüləndə həbsdə olub: “Elçin dələduzluq maddəsi ilə cəza çəkirdi. Məhkəmə ona 1 il cəza vermişdi. Maraqlısı odur ki, hökmdən 4 ay keçəndən sonra prokurorluq protest verib. Qanun isə 20 gün protest üçün vaxt verir. Belə əsaslandırıblar ki, guya hökmdəın xəbərləri olmayıb. Daha sonra Elçinin işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verildi”. Şikayətçi deyir ki, Elçin Pirişovun münasibətdə olduğu ehtimal olunan qadın N.K-ovadır. Onun əri isə yüksək vəzifəli vergi məmurudur. Vergi məmurunun qardaşı isə əcnəbi ölkələrdən birində Azərbaycanın səfiridir. Artıq ailədə boşanma baş verib və uşaqlar anadan alınıb.Elnur Pirişov qeyd etdi ki, aidiyyəti qurumlar tərəfindən haqq səsinə səs verən olunacağına, adını çəkmək istəmədiyi vəzifəli şəxsin öz ailə dramına görə qardaşından qisas almasının qarşısının vaxtında alınacağına ümidlidir: “Əks təqdirdə mən və qardaşım ondan qisas almaq istəyən vəzifəli şəxsin, onlara himayədarlıq edən prokurorluğun yüksək çinli məmurunun adını açıq məktubla bildirərək intihar etməklə ədalətə nail olacağıq. Qardaşım ağır şəkər xəstəliyindən əziyyət çəkir və şəraitsiz vəziyyətdə saxlanılmaqla xəstəliyi daha da ağırlaşıb. 7 ay müddətində isə mən qardaşımdan hal-əhval belə tuta bilmirəm. Artıq qardaşım özünə intihar etmək məcburiyyətində qalıb”.

Müstəntiq Orxan Babayev Cinayət işi üzrə istintaqaı aparan Ağır Cinayətlər dair istintaq idarəsinin müstəntiqi Orxan Babayev Criminal.az saytına açıqlamasında bildirdi ki, Elçin pirişovun cinayət işi üzrə ibtidai istintaq aparılır. Müstəntiqin sözlərinə görə, o, hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinir. O.Babayev işin təfərrüatları barədə açıqlama vermədi.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …