Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Yük maşını az qala körpüdən aşacaqdı… – Bakıda

Yük maşını az qala körpüdən aşacaqdı… – Bakıda

Bakıda səhər saatlarından başlayaraq yağan qar qəzaya səbəb olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nəsimi rayonunda, 3-cü mikrorayon dairəsinin üzərindəki körpüdə baş verib. Yük maşını qar nəticəsində sürüşüb və sürücü idarəetməni itirərək maşını yolun kənarındakı beton maneəyə çırpıb.

Avtomobil ciddi əzilib.

Hadisə şahidlərinin sözlərinə görə, yük maşının körpüdən aşmaq təhlükəsi olub, lakin beton maneə bunun qarşısını alıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …