Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / “Yoxlamaların dayandırılmasından sui-istifadə edirlər” – Komitə

“Yoxlamaların dayandırılmasından sui-istifadə edirlər” – Komitə

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə adətən yanacağın kəmiyyəti ilə bağlı şikayətlər daxil olur”.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, yanacaq bir yerdən satışa çıxarıldığı üçün keyfiyyət eyni olmalıdır:

“Ancaq hansısa “iş adamı” keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin “iş adamı” cinayət məsuliyyəti daşıyır”.

O, əlavə edib ki, Komitəyə şikayət edən şəxslər yanacaqdoldurma məntəqələrində yanacağın az vuruludğunu iddia edir:

“ Biz mütəmadi olaraq yoxlama aparırıq. Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər.

Üstəlik, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan sui-istifadə edənlər də var. Bundan başqa, yanacaqdoldurma məntəqələrində bizim qoyduğumuz möhürləri qırırlar. Möhürləri qırmaq olmaz və mən bu barədə dəfələrlə demişəm. Artıq biz bir neçə bu cür hadisə ilə bağlı prokurorluğa məlumat vermişik və bu barədə cinayət işi qaldırılıb”.

AzVision.az

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın