Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Yoxa çıxan Ayşən adlı qız öldürülüb – FOTO

Yoxa çıxan Ayşən adlı qız öldürülüb – FOTO

Ağsuda yoxa çıxan Ayşən adlı qızdan xəbər var.

Unikal.org xəbər verir ki, dəmiryığan Asif adlı şəxsin qızını qaçırdığını iddia edən ata “Səni axtarıram”a “Onun Asiflə yazışdığını, hətta telefon işlətdiyini də görməmişik” deyib.

Ayşənin atasının ikinci arvadı açıqlamasında “8 uşağı bir yerdə dolandırmışıq. Bir gün balaca qız gəldi ki, Ayşən evdə yoxdur” ifadələrini işlədib..

Xoşqədəm acı xəbəri efirdən açıqlayıb:

“Ayşən öldürülüb. Mən bu qənaətə bu həftə sonu apardığım araşdırma zamanı gəldim. Asifin atası Arif məhz ona görə efirdə “Ayşəni tapıb gətirənə CİPimi bağışlayacam” deyib. Ayşəni günlərlə axtardığım üçün özüm də peşiman oldum. Mən öldürülmüş insanı axtarırmışam”.
 

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …