Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Yol qəzasında ölən azərbaycanlı xanım jurnalistlə bağlı ÜRƏKDAĞLAYAN FAKTLAR – FOTO

Yol qəzasında ölən azərbaycanlı xanım jurnalistlə bağlı ÜRƏKDAĞLAYAN FAKTLAR – FOTO

Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində itkin düşüb.
Ş.Məmmədov Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq, itkin düşüb. Sonradan ona şəhid statusu verilib.
Belə ki, 1992-ci il noyabr ayının 4-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə əsgərlərdən bir neçəsi yaralanıb. Düşmən onların olduğu ərazini daim atəş altında saxladığından yaralıları döyüş meydanından kənarlaşdırmaq mümkün olmayıb. Belə olan halda, gizir Şamil Məmmədov öz həyatını təhlükəyə atıb, yaralı əsgərləri xilas etmək üçün irəliləyib. Amma, az keçməmiş onun özü də düşmən gülləsinə tuş gəlib, yaralanaraq həmin ərazidə qalıb. Vəziyyət getdikcə daha da ağırlaşdığından hərbçilərimiz döyüş mövqelərini itirərək, geri çəkilmək məcburiyyətində qalıblar. Bu səbəbdən gizir Şamil Məmmədovla yanaşı, bir neçə yaralı əsgəri də ərazidən uzaqlaşdırmaq mümkün olmayıb. Həmin vaxtdan bu günə kimi də ailə üzvləri ondan hər hansı məlumat ala bilməyib.
Ülviyyə Şamilqızı yaxın aylarda ailə qurmağa hazırlaşırdı.(publika.az)

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …