Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Yol polisi oğurlanan 227 maşını tapıb

Yol polisi oğurlanan 227 maşını tapıb

Ötən il axtarışda olan 54 nəfər və 236 avtomobil yol polisi tərəfindən saxlanılıb. Polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 odlu silah aşkar edilərək istintaq orqanlarına verilib.

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən ilin yekunlarına dair müşavirədə deyib.

R.Zeynalov qeyd edib ki, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb. Bundan əlavə 272 saxta sənəd aşkarlanaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlər”lə tapılması təmin edilib.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …