Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Yol polisi 3,4 milyon cərimə yazıb

Yol polisi 3,4 milyon cərimə yazıb

2017-ci ildə 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu daxili işlər naziri Ramil Usubov bildirib. O qeyd edib ki, narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Məruzədə artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalmanın müşahidə olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika  üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib.

Həmçinin oxuyun

Azərbaycanda işi adamına daha bir cinayət işi açıldı

“Avro Qrand” şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb. X. Cəfərov külli miqdarda …