Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Yeznəsini pul üstündə “Vinçester”lə güllələyib öldürdü – Bakıda QƏTL

Yeznəsini pul üstündə “Vinçester”lə güllələyib öldürdü – Bakıda QƏTL

Bakıda yeznəsini öldürməkdə təqsirləndirilən Rauf Şirinovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatında olan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası noyabrın 6-nə təyin edilib.

Hadisə iyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. B.Bünyatov küçəsində magistral yolda 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.

R.Şirinov iyunun 17-də saxlanılaraq istintaqa təhvil verilib. O, saxlanılarkən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah da üzərində olub və ondan götürülüb.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi qətldə şübhəli bilinən şəxs idarə etsə də, “84” və “113” nömrəli avtobusların marşrut xətləri R.Məmmədova məxsus olub. İstintaq versiyalarından birinə görə, qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub.

R.Şirinova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …