Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Yerevanda deputatlar arasında əlbəyaxa dava düşdü

Yerevanda deputatlar arasında əlbəyaxa dava düşdü

Yerevanda Ağsaqqallar Şurasının (şəhər şurası) iclasında deputatların əlbəyaxa davası baş verib.

Trend-in məlumatına görə, davaya səbəb müxalif “Yerkir tsirani” partiyasının qaldırdığı məsələ olub.

Qeyd olunur ki, iclas zamanı sakinlərin üfunət qoxusunun yayılması ilə bağlı şikayəti müzakirə olunub. Müxalifətçilər isə həmin bölgədən çirkab suların doldurulduğu bankanı iclasa keçirməyə və onu Yerevanın meri Taron Marqaryana təqdim etməyə çalışıblar.

Nəticədə deputatlar arasında dava başlayıb. Davada qadınlar da iştirak edib.

Hadisə ilə əlaqədar iclasın işi yarımçıq dayandırılıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …