Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Yeni qaydalar öz təsirini göstərir: Qiymətlər bahalaşır – FOTOLAR

Yeni qaydalar öz təsirini göstərir: Qiymətlər bahalaşır – FOTOLAR

Tütün və digər məhsulların nağd pulla topdan satışı qadağan olunub. Yeni qayda sahibkarları çətin duruma salıb. 
Xəbər verdiyimiz kimi, tütün məmulatlarının pərakəndə satışında yeni qaydalardan istifadə edilir. Belə ki, pərakəndə satışla məşğul olanlar topdansatış mağazalarından və şirkətlərdən nağd pulla tütün məmulatları ala bilmirlər.
İlkin məlumatlarda bu qaydanın sadəcə, tütün məmulatlarına adi olduğu deyilsə də, əməkdaşımızın satıcılardan aldığı məlumata görə, bütün məhsullarda vəziyyət eynidir.
Məsələn, kiçik ərzaq dükanı olan şəxslər bu zamana qədər şirkətlərlə həftəlik ödəmə sistemi ilə işləyirdilər. Yəni şirkət təmsilçisi dükan sahibinə lazım olan malları faktura ilə verib, ödənişi həftə sonunda nağd alırdı. İndi isə bu alış-veriş sadəcə, hesaba ödənişlə həyata keçirilir.
“Hələlik ən çox satılan məhsul siqaret olduğu üçün daha çox səs-küyə o səbəb olub” – bu sözləri musavat.com saytının əməkdaşına market sahibi deyib.
Azad adlı kiçik sahibkar sözlərinə belə davam edib: “Dünəndən siqaret məsələsində problem yaşayırıq. Siqaret bitdi, firmalara zəng vurdum, dedilər verə bilmərik. Get, ödəniş et. Dedi ki, bu gündən siqareti ancaq bank köçürməsi (və yaxud VÖEN-ə bağlı kart hesabı) ilə almaq mümkündür. Topdansatışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər. Amma kartla ödəniş etmək olmur”.
Azad deyir ki, bu məsələdə itirən ancaq onlar olacaq: “Düşünün ki, əvvəllər 4 faiz vergi verirdim. İndi isə 6 faiz verməliyəm. Bundan əlavə işim və əlavə xərclərim artır. Bayaq getdim banka… Mənə firmalar hesab nömrəsi veriblər. 1100 manat bir siqaret firmasına, 1300 manat da digərinə pul köçürdüm. Hər köçürməyə görə də bank məndən 2 manat 50 qəpik pul aldı. Əgər hesabına pul köçürdüyün şirkətin həmin bankda hesab nömrəsi yoxdursa, 2.50 AZN, varsa daha az pul alırlar.
Mən şirkətin hesabı olan bankı axtarsam, hər şirkət üçün ayrı banka getsəm, mənim yerimə kim işləyəcək? Siqareti sifariş vermişəm, ödəniş də etmişəm. Həmin ödəniş onların hesabına yatacaq, 2 gün sonra da mal gələcək. Mən də müştəri itirəcəyəm. Nağdlı sistemdə işləmək çətindir”.
 
Digər pərakəndə satışla məşğul olanlar da eyni düşüncədədirlər. Onlardan biri olan Dadaş Səfərovun sözlərinə görə, məsələ təkcə siqaret deyil: “Tutaq ki, siqareti bir neçə firma satır. Spirtli içkilərdə bəs necə olsun? Onların hər birinin ayrı firması var. Həm daxili istehsalların, həm də xarici… Azı 7-8 firma ilə işləyirəm. Bunu daha asan yolla etmək olmazmı?
Üstəlik, məsələ təkcə spirtlii içki və siqaret də deyil. Balaca mağazam var, amma onlarla kiçik və böyük firmadan mal alıram. Deyirlər ki, onlara da pulu hesaba mədaxillə verəcəyik. Nə qədər doğrudur, bilmirəm. Amma belə olsa, mən hər ödənişə görə banklara əlavə pullar verəcəyəm. Üstəlik, vergi də artıb. Hələ kassam da var. Oradan da vergi verirəm. Xərcim artır. Bu da satacağım malların qiymətinə təsir edəcək. Məcbur qiymətləri artırmalıyıq. Sonra da deyəcəklər ki, süni qiymət artırırıq”.
Satıcılar siqaretin tez-tez bahalaşmasında şirkətləri günahkar görürlər: “Siqaretlər yenə bahalaşdı. Qiyməti 2 manata qədər olan siqaretlər 10 qəpik, 2 manatdan baha olanlar isə 20 qəpik bahalaşıb. İndi deyəcəklər ki, guya biz qiyməti artırırıq. Amma elə deyil. Şirkətlər özləri qiyməti artırıblar. Üstəlik, bunun üçün səbəb də yoxdur”.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatlarının nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq. (Musavat.com)







Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın