Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Yeni metro stansiyası tikiləcək – Fotolar

Yeni metro stansiyası tikiləcək – Fotolar

Bakı Ağ Şəhər ərazisində metro stansiyası tikiləcək.

Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən Metropolitenin mövcud Yaşıl xəttinin (“Şah İsmayıl Xətai” – “Dərnəgül” stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.

Bu barədə “Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən bildirilib.

“Şah İsmayıl Xətai” stansiyasından tikilməkdə olan “Həzi Aslanov 2” stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır. Bu stansiyalardan biri “Bakı Ağ Şəhər” layihəsinin ərazisində planlaşdırılıb.

Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır.

Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.(Azərtac)

 

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın