Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Kriminal / “Yeni Klinika” ilə bağlı işdə təqsirləndirilən qadının hamilə olduğu bildirildi

“Yeni Klinika” ilə bağlı işdə təqsirləndirilən qadının hamilə olduğu bildirildi

“Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun və digərləri – Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Samir Mirzəyevin müdafiəçisi çıxış edərək müvəkkili barəsində ittihamları qəbul etmədiklərini bildirib. O, müvəkkilinə rüşvət ittihamı ilə yox, dələduzluq maddəsi ilə cəza verilməsini istəyib.
Daha sonra Vüsalə Əliyevanın vəkili müdafiə çıxışı edərək müvəkkilinin hamilə olduğunu nəzərə alaraq barəsində həbs cəzası verilməməsini xahiş edib.
Məhkəmə prosesi noyabrın 30-na təyin edilib.

Xatırladaq ki, Baş prokurorluq tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham verilib.

Həmçinin oxuyun

Ramiz Mehdiyev və Hacıbala Abutalıbov da dindirilsin – MƏHKƏMƏ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam …