Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Yeni il gecəsi 5 nəfəri maşınla vuran sürücü həbs olundu

Yeni il gecəsi 5 nəfəri maşınla vuran sürücü həbs olundu

Dekabrın 31-də saat 20 radələrində İmişli şəhər sakini, 1989-cu il təvəllüdlü Seymur Mehtiyev idarə etdiyi “VAZ-2107” markalı 30 BD 026 dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar – Səbuhi Mustafazadə, Sabir Cavadlı, Ruslan Cavadov, Şəhriyar Həsənli və Həsrət Nəsirovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Baş Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

S.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …