Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Yeni büdcə layihəsi parlamentə təqdim olunub” – Nazir

“Yeni büdcə layihəsi parlamentə təqdim olunub” – Nazir

“Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Artıq yeni büdcə layihəsi hazırdır və Milli Məclisin müzakirəsinə təqdim olunub”.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Sabirabad ictimaiyyəti ilə görüşündə bildirib.

“Uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qorunub saxlanılıb. Lakin dünyanın enerji bazarında yaranmış təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə düşməsi milli valyutanın devalvasiyasına səbəb oldu. Bu da ölkənin iqtisadi mənzərəsinə mənfi təsir göstərdi. Prezidentin göstəriş və sərəncamları bizdən çevik tədbirlər görməyi tələb edir”, – deyə nazir əlavə edib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın