Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / “Yeni Bakı”da 3 nəfəri güllələyən “komendant” azadlıqda – FOTO

“Yeni Bakı”da 3 nəfəri güllələyən “komendant” azadlıqda – FOTO

Bu ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən “Günəş” alqı-satqı ofisinin qarşısında 3 nəfəri güllələyən “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov azadlığa buraxılıb.
Bu barədə Yeniavaz.com-a “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri məlumat veriblər. “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Yeni Bakı Yaşayış Kompleksi” adlı səhifə isə E. Yusifovun azadlıqda olduğunu göstərən fotonu paylaşıb və yaşayış kompleksinin sakinlərinin təşviş içində olduqlarını yazıb: “Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən “komendant” niyə azadlıqdadır?
“Yeni Bakı” şəhərciyinin sakinləri təşviş içərisindədirlər.
Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin sakinləri olaraq biz bu günlərdə yenidən təşviş içərisindəyik. Buna səbəb yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır”.
Xatırladaq ki, sözügedən hadisədən sonra Abşeron Rayon Prokurorluğu məlumat yayaraq faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işinin başlanıldığını və iş üzrə müvafiq ekspertizalar təyin edildiyini bildirmişdi. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov isə iş üzrə şübhəli şəxs qismində tutulmuşdu.
Qeyd edək ki, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən “Günəş” alqı-satqı ofisinin qarşısında “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə “Vinçester” markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi.

"Yeni Bakı"da 3 nəfəri güllələyən "komendant" azadlıqda
"Yeni Bakı"da 3 nəfəri güllələyən "komendant" azadlıqda

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …